Əsas Səhifə > Şou-biznes > "Əlavə gəlir yerimiz vardı, indi o da yoxdur"

"Əlavə gəlir yerimiz vardı, indi o da yoxdur"


23-12-2020, 11:55
"Əlavə gəlir yerimiz vardı, indi o da yoxdur"
“Hər şey yarımçıq qaldı. Hər şey maraqsız, bomboz həyat, pandemiya həyatımızı nəyi var dəyişdi”.

Bunu Yenicag.az-a açıqlamasında pandemiyadan bezən aparıcı Aytəkin Mərdanlı deyib.

Aparıcı pandemiyanın ona vurduğu maddi ziyandan da danışıb:

“Pandemiyadan əvvəl planlarım var idi, işimlə bağlı xarici səfərlərə çıxacaqdıq. Koronavirus planlarımızı alt-üst etdi. Əlavə gəlir yerimiz vardı, indi o da yoxdur, pandemiya maddi sıxıntılarımı artırdı. Həyat maraqsızlaşıb, pul yox, istirahət yox, dərslər yox, uşaqların təhsili onlayn, ürəkaçan heç nə yoxdur. Bu koronavirus həyatımıza oturub. Çox şükür ki, işimiz var. Bircə bitsin, bu bəla, normal həyatımıza qayıdaq”.

Geri qayıt