Əsas Səhifə > Şou-biznes > "Ayaq barmaqlarımı kəsiblər, hələ tam bitişməyib"
"Ayaq barmaqlarımı kəsiblər, hələ tam bitişməyib"25-12-2020, 09:55 |
“Ayaq barmaqlarımı kəsiblər, hələ tam bitişməyib. 2 ildir yataq şəraitində müalicə alıram, tam hərəkətsizəm. Həkim nəzarətindəyəm, vaxtaşırı gəlib məni başa çıxır. Tapşırıqlarını verib gedir, yerdə qalanını qızım Xədicə edir. Koronovirus pandemiyasına görə yanıma heç kim gəlib getmir. Yalnız telefon vasitəsilə əlaqə saxlayırlar” Bunu Moderator.az-a Xalq artisti, aktyor və rejissor Ramiz Əzizbəyli deyib. Aktyor efirlərdə filmlərinin yayımlanmasını da bizim vasitəmizlə telekanallardan xahiş edib. “Mən təkcə “Bəxt üzüyü” filmini çəkməmişəm ki.. Nə vaxt baxıram, elə bunu göstərirlər. Mənə aid olan 4 film var, vaxtaşırı istərdim ki, onlar da efirlərdə göstərilsin. Xəstə vaxtımda bu mənə böyük stimul olar. Öncədən telekanal rəhbərlərinə minnətdaram. Bundan sonra bədii film yox, dostum Arif Quliyev haqqında “Atılmışlar” adlı sənədli film çəkmək istəyirəm. İnşallah ki, bu arzum da həyata keçər” - deyə rejissor bildirib. Xalq artisti ona olan dövlət qayğısından da danışıb. “Birinci vitse prezidentimiz Mehriban xanım Əliyeva mənə avtomobil hədiyyə etmişdi. Həmin avtomobili qızım Xədicə idarə edir. Çox sağ olsun dövlətimiz, prezidentimiz, hər zaman mənə dəstək olur, diqqət göstərir. Allah onları qorusun” - deyə Xalq artisti bildirib. Geri qayıt |