Əsas Səhifə > Şou-biznes > "Utandım deyə, 18 dənə yedim"

"Utandım deyə, 18 dənə yedim"


25-12-2020, 12:43
"Utandım deyə, 18 dənə yedim"
Tanınmış aşıq Telli Borçalı xəngəl rekordundan danışıb.

Yenisabah.az xəbər verir ki, ATV telekanalında yayımlanan “Birə-bir” verilişinin qonağı olan aşıq efirdə gürcü xəngəli bişirib.

Verilişin digər qonağı olan xanəndə İlkin Əhmədov aşıqdan bir oturuma neçə xəngəl yeyə biləcəyini soruşub.

T.Borçalının cavabı isə hər kəsi təəccübləndirib. O, bir dəfəyə 30 xəngəl yeyə bildiyini deyib:

“Biz o vaxt Sevil-Sevinc bacıları ilə qonaqlığa getmişdik. Utandım deyə, 18 dənə yedim. Dedim ayıbdır, qonaqların yanında olmaz. Onlar gedəndən sonra 5-6 dənə yenə yedim. Ac olanda 17-20 xəngəl yeyə bilərəm. Amma yaxşı mərc olsa, mərcə girsəm 30 dənə yeyərəm”.

Həmin görüntüləri təqdim edirik:




Geri qayıt