Əsas Səhifə > Şou-biznes > “Küçədən keçən Qarabağ haqqında film çəkir”
“Küçədən keçən Qarabağ haqqında film çəkir”25-12-2020, 16:02 |
“Qarabağ mövzsunda filmlərin özbaşına çəkilməsinin tam əleyhinəyəm. Dövlət tərəfindən buna qadağa qoyulmalıdır. Çünki əlinə telefon alan, hər yerindən duran, küçədən keçən və özünü rejissor adlandıran kimlərsə başlayacaqlar ucuz-ucuz filmlər çəkməyə”. Bu fikirləri Yenicag.az-a açıqlamasında tanınmış aktyor Rəşat Kəsəmənli deyib. Aktyor bildirib ki, belə filmlərin ekranlaşdırılması üçün dövlət tərəfindən nəzarət olmalıdır: “İşğaldan azad olunan torpaqlar barədə sənədli filmlər çəkilməli və bütün dünyaya göstərilməlidir. Bir daha dünya görməlidir ki, ermənilər vandaldır. İndi bəzi qeyri-peşəkarlar da başlayacaqlar müharibə, qələbə mövzusunda filmlər çəkməyə. Qarabağ mövzsunda filmlərin özbaşına çəkilməsinin tam əleyhinəyəm. Dövlət tərəfindən buna qadağa qoyulmalıdır. Əlinə telefon alan, hər yerindən duran, küçədən keçən və özünü rejissor adlandıran kimlərsə başlayacaqlar ucuz-ucuz filmlər çəkməyə. Küçədən keçənləri də aktyor adı ilə o filmə dəvət edəcəklər. O cür möhtəşəm mövzunu bərbad hala salacaqlar. Mədəniyyət Nazirliyi tərəfindən bu iş tənzimlənməlidir. Müsabiqələr elan olunmalıdır. Kimlər bu mövzuda film çəkmək istəyirsə, öz işlərini təqdim etməlidir. Dövlət qurumları tərəfindən bu işlərə baxılmalıdır. Hansı iş bəyəniləcəksə, o halda həmin filmin çəkilməsinə icazə verilsin. Eləcə də ssenarilər… Ağızlarına nə gəldi yazacaqlar. Necə ki, Birinci Qarabağ Müharibəsi zamanı çəkilən filmlərdən cəmi bir neçəsi yadda qalan oldu. Qalan hamısı üzə çıxarılası filmlər deyil. Peşəkarlar tərəfindən gözəl ssenarilər yazılmalıdır. Eləcə də aktyorlar düzgün seçilməlidir. Adlarını çəkəyəcəm, sosial şəbəkələrdə güya filmlər çəkib, yayırlar. Hansı ki, onlar incəsənətə, kinoya dəxli olmayan insanlardır. Buna dövlət tərəfindən mütləq nəzarət olunmalıdır. İnsanlar bu mövzuya acdır. Gözəl filmlər gözləyirlər”. Geri qayıt |