Əsas Səhifə > Şou-biznes > Bəhram Bağırzadənin anası koronavirusa yoluxub
Bəhram Bağırzadənin anası koronavirusa yoluxub29-12-2020, 10:12 |
Əməkdar artist Bəhram Bağırzadənin anası Tahirə Əfəndiyeva xəstəxanaya yerləşdirilib. Lent.az-ın məlumatına görə, bu barədə aktyorun özü sosial şəbəkədə yazıb. O bildirib ki, anası koronavirusa yoluxub: "Əziz dostlar, anam komadadır, COVID-19 virusundan ağır vəziyyətdədir və ona təcili qan köçürülməlidir”. B. Bağırzadə daha sonra bildirib ki, anası üçün qan axtarır: “Sizdən Bəhram Bağırzadə kimi deyil, onu xilas etmək üçün hər şeyi etməyə hazır olan bir oğul kimi xahiş edirəm". Geri qayıt |