Əsas Səhifə > Şou-biznes > "Çünki biz insanıq... Kimsə sinəsinə vurmasın!"
"Çünki biz insanıq... Kimsə sinəsinə vurmasın!"30-12-2020, 11:00 |
“Pandemiya və müharibədən dəhşətli hadisə ola bilməz. Lakin biz hər gün sosial mediada kiçik mövzuları şişirdirik, hər kəsdə qüsur axtarırıq, böyüdürük, bir-birimizi didirik... Xüsusilə də tamaşaçı auditoriyası olan bloqqer, jurnalist və müğənnilərə səslənirəm. Gərginlik pik həddədir”. Open.az xəbər verir ki, bu sözləri müğənni-bəstəkar Murad Arif sosial şəbəkədə yazıb. İfaçı tanınmışlara səslənərək sözlərinə belə davam edib: “Karantin, məhdudiyyətlər, sosial problemlər, müharibə, itkilər, cəbhə xətti... Azdır bunlar? Hamının evində faciə baş verir. Hər kəs gərgindir! Sizə düşən vəzifə odur ki, sosial media şöhrətinizdən cəmiyyətin psixoloji vəziyyətinə faydalı şəkildə istifadə edəsiniz. Hər mövzunu status və polemikaya çevirməyin. Nəyi isə "söyüş obyekti", "qınaq mərkəzinə" gətirməzdən əvvəl, özünüzdən soruşun ki, bu paylaşıma qıcıq olarlar, yoxsa sevinərlər? Hamı səhv, diqqətsizlik edə, yanlış söyləyə bilər. Çünki biz insanıq... Kimsə sinəsinə vurmasın! Nə vaxtsa hər birimizin hansısa bir cümləsi səhv yozulub, stresini bilirik. Hərə öz auditoriyasına bir az hüzur gətirsin. Dünyaya və həyata nifrət edənləri qane etmək çətin deyil. Çətin olan yaşamaq ruhunu, həyat eşqini təbliğ etməkdir. Buna çalışaq. Günəş mütləq doğacaq”. Geri qayıt |