Əsas Səhifə > Şou-biznes > "Onu özüm yola saldım, dedi ki, qələbə ilə gələcəm"
"Onu özüm yola saldım, dedi ki, qələbə ilə gələcəm"7-01-2021, 12:55 |
Azərbaycanın xalq artisti Əli Nur "Elgizlə izlə" proqramına qonaq olub. Unikal.org xəbər verir ki, o, Şuşa döyüşlərində şəhid olan oğlu Rövşən Nurzadədən bəhs edib. Aktyor bildirib ki, oğlu Qarabağ müharibəsinə getməyə can atıb: "İkinci Qarabağ müharibəsi başlayanda özündə olmadı. Nəzarət edirdim, oğlu Türkiyədə təhsil alır. Qonşular dedi ki, Rövşən müharibəyə gedəcək. Düşündüm ki, yaşı uyğun gəlmir. Səhər gəldi görüşdü ki, gedirəm. Hər gün zabit dostları ilə danışırdı, hərbi biliyi güclü idi. Onu özüm yola saldım. Dedi ki, qələbə ilə gələcəm. Hər gün danışırdıq. Cəbrayılda, Qubadlıda, Füzulidən zəng etmişdi. Ayın 2-də zəng etdi ki, ata, gedirəm, amma bilmirik hara. Onun sonuncu zəngi idi". Geri qayıt |