Əsas Səhifə > Şou-biznes > "Mən dövlətdən üç uşaq üçün təqaüd alıram"

"Mən dövlətdən üç uşaq üçün təqaüd alıram"


11-01-2021, 15:57
"Mən dövlətdən üç uşaq üçün təqaüd alıram"
Azərbaycanda 18 yanvaradək sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq ediləcək. Ölkə üzrə xüsusi karantin rejiminin müddəti gələn ilin yanvarın 31-dək uzadılıb. Karantin rejimi ilə bərabər dayandırılmış iş sahələri müğənnilərin də maddi durumuna təsir edib. Sənətçilər alternativ gəlir yerlərinin arayışına çıxıblar.

Pandemiya ərəfəsində ciddi maddi sıxıntılar yaşayan sənətçilərin bəzisi evlərini, maşınlarını satışa çıxardı, bəzisi taksi sürdü...

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Əməkdar artist Ruhəngiz Allahverdiyeva karantin olsa da maddi çətinlik yaşamadığını qeyd edib:

“Pandemiya olsa da şükürlər olsun ki, vəziyyətimdən şikayətim yoxdur. Bəzi müğənnilərin toylardan, konsertlərdən başqa da alternativ gəlir yerlərinə ehtiyacları var. Gəlirlər, çıxarlar hesablanmalıdır, işıq pulu, qaz pulu nəzərə alınmalı, ona uyğun büdcə əldə olunmalıdır. Mən dövlətdən üç uşaq üçün təqaüd alıram, Əməkdar artist fəxri adına görə də təqaüd alıram. Bəzilərində bəlkə də o da yoxdur. Mən başqalarını deyə bilmərəm, onların büdcəsi ilə maraqlanmamışam, Allah hamının ruzisini yetirsin”.

Xanım sənətçi karantin müddətində həmkarlarından fərqli olaraq tez-tez efirlərə çıxdığını bildirib:

“Pandemiya dövründə ən çox mən efirlərə çıxıram. Başqaları çıxmır. Allaha bu günüm üçün şükür edirəm, şükür etməsəm ardı gəlməz”.

Geri qayıt