Əsas Səhifə > Şou-biznes > "Fəxri ad almaq üçün kimlərinsə qılıncının altından keçmək lazımdır"

"Fəxri ad almaq üçün kimlərinsə qılıncının altından keçmək lazımdır"


12-01-2021, 09:03
"Fəxri ad almaq üçün kimlərinsə qılıncının altından keçmək lazımdır"
Xəbər verdiyimiz kimi bir neçə gün öncə müğənni Tacir Şahmalıoğlunun fəxri ad almaq üçün ölkə başçısına müraciət etməsi birmənalı qarşılanmayıb.

Moderator.az-a açıqlamasında müğənni Əli Mirəliyev fəxri adların ümumiyyətlə, ləğv edilməsinin tərəfdarı olduğunu bildirdi:

“Mən bu məsələlərə baxanda bilmirəm nə deyim. Müharibə ərəfəsində Tacirin uşaq vaxtı oxuduğu ifasını efirə veriblər və o, da fikirləşib ki, ona fəxri ad düşür. Elə şeyə qalsa, mən də uşaqlıqdan oxumuşam və çoxdan fəxri ada layiq görülməliydim. Bəs niyə verməyiblər? Fəxri adı almaq üçün gərək müəyyən qapıları döyəsən, işləri görəsən. Fəxri adı indi elə adamlara verirlər ki, izah edə bilmirəm, yəqin ki, siz məni başa düşdünüz nə demək istəyirəm. Bir sözlə, fəxri ad almaq üçün kimlərinsə qılıncının altından keçmək lazımdır. Gərək qapı döyəsən, nazirliyə gedəsən. Tacir və fəxri ad alan müğənnilərdən Eyyub Yaqubov, Aygün Kazımova, Röya və digər adamların heç biri musiqi sahəsində işləməyib. Mən getmişəm xarici ölkələrə, bütün bölgələrimizdə Azərbaycan musiqisini mən oxumuşam. İndi Xırdalandan o yana getməyənlərin fəxri adı var. Tacir də inciməsin, əgər Əli Mirəliyevin, Akif İslamzadənin fəxri adı yoxdursa, sənin necə fəxri adın ola bilər? H.Hadıyev, Q.Əgərov, R.Behçət, M.Salmanov, A.Qəniyev kimi müğənnilər fəxri adları olmayıb, çünki onlar nazirlik qapısı döyməyiblər, insanları dəng edib, bezdirməyiblər ki, mənə fəxri ad verin. Bu ad alanların hamısı camaatı bezdirib, hər gün nazirliyə ayaq döyürlər, orda növbədə gözləyirlər ki, nazir bunları qəbul etsin.

Mən insult keçirmişəm, dərmanla yaşayıram, televiziyada işləyirəm və ordan aldığım maaşla dolanıram. Müharibədən təzə çıxmışıq və bunlar niyə görə fəxri ad almaq üçün tələsirlər? Bu fəxri ad nəyə lazımdır ki, siz sonra da tələb edəcəksiniz ki, sizə prezident təqaüdü versinlər. Elə məqsədləri budur. Qaldı ki, fəxri adların yığışdırılmasının tərəfdarıyam. Kim layiq deyil ona ad verirlər, amma kim ki, layiqdir ona ad vermirlər. Gecə klublarında oxuyanlara Xalq artisti fəxri adı veriblər. Miryusif Azərbaycan xalqının necə Xalq artisti ola bilər? Olsun elə Eyyub Yaqubov, erməni mahnıları oxuyurdu, amma indi fəxri ad alıb. Əvvəl Polad Bülbüloğlu nazir idi və o, da fəxri adı pulla verirdi. Daha sonra Əbülfəs Qarayev gəldi və o, da fəxri adı pulla satmağa başladı. Bu biabırçılıqdır, qurtarın da bu söhbətləri. İyirmi ildir ki, bunlar ad paylayırlar”.

Geri qayıt