Əsas Səhifə > Şou-biznes > "12 gün sərf etməyimə baxmayaraq konsertdən çıxarıldım"
"12 gün sərf etməyimə baxmayaraq konsertdən çıxarıldım"13-01-2021, 11:03 |
Əməkdar artist Gülüstan Əliyeva işinə mane olan sənət yoldaşlarından danışıb. Yenisabah.az xəbər verir ki, ARB telekanalında yayımlanan “Onun Sirri” proqramının qonağı olan sənətçi vaxtilə işdən qovulması haqda danışıb: “O vaxt konsert üçün 15 gün gərgin məşqlər oldu. Son gün geyimdə bizə sonuncu dəfə baxdılar, hər şey hazır idi. Konsertin başlamağına üç saat qalmış mənə dedilər ki, sən çıxış etməyəcəksən, sənin yerinə başqa sənətçi olacaq. 12 gün başqa işimi qoyub məşqə getmişdim deyə o işimdən də atıldım. Dedilər ki, iş vaxtı məşqlərə gedirsiniz. Mən onda Muğam Teatrında çalışırdım, məşqlərə qatılmadığıma, işə gəlmədiyimə görə işdən çıxardılar. Üstəgəl konsert üçün 12 gün sərf etməyimə baxmayaraq konsertdən çıxarıldım. Oradan çıxıb taksiyə mindim. Özümü atdım taksiyə, qışqıra-qışqıra ağlayırdım. Taksi sürücüsü şok olmuşdu ki, ay qızım, sənə nə olub, özünü ələ al. İnanın, o qədər stress keçirdim ki. Belə şeylər çox olub”. Həmi görüntüləri təqdim edirik: Geri qayıt |