Əsas Səhifə > Şou-biznes > "Məni yıxıb-sürüyənlərin əksəriyyəti jurnalistlərdir"

"Məni yıxıb-sürüyənlərin əksəriyyəti jurnalistlərdir"


13-01-2021, 17:41
"Məni yıxıb-sürüyənlərin əksəriyyəti jurnalistlərdir"
Son günlər sosial şəbəkələrdə tənqid və təhqirlərə məruz qalan aparıcı-prodüser Vüsalə Kərimova od püskürüb.

SİA-ya açıqlama verən aparıcı həmin kəslərə sərt şəkildə cavab verib: “Son günlər sosial şəbəkələrdə bəzi insanların sifarişinin, paxıllığının, reytinqinin qurbanı olmuşam. Məni də yıxıb-sürüyənlərin əksəriyyəti jurnalistlərdir. Onların çoxunun gözü məni götürmür, paxıllıq edirlər. Hətta işlədiyim yerdə belə mənə quyu qazırlar. Amma bilsinlər ki, heç kimin yerində gözüm yoxdur.

Sosial şəbəkədə jurnalist olmayanlar səhifələr açırlar. Mənim və müğənni Yaşar Cəlilovun “İnstagram” hesabından video və şəkillər götürərək öz səhifələrində yayımlayırlar. O, səhifənin də izləyiciləri Yaşarı, məni, anamı, nəslimi söyür. Həmin sosial media hesabını idarə edənlər də buna göz yumur. Şərh bölümünü bağlamır. Amma onun özlərindən xəbəri yoxdur ki, bic dünyaya gəliblər. Bəs bizim həmkarlığımız harda qaldı?! Mən şəxsən onu etmərəm.

Amma məni görəndə sözügedən səhifələrin adminləri məni öpürlər. “Dostum” deyirlər. Sizin dostluğunuza və üzünüzü tüpürüm. Mənə belə dostluq lazım deyil. Çünki anamın ölümündən hələ 40 gün ötməyib, siz məni təhqir etdirirsiniz. Üstəlik, Yaşarın boşanmasında məni günahkar bilirsiniz. Yəni sizin artıq ölüyə də hörmətiniz qalmayıb?!

Cəlilovla mənim sayəmdə sosial media hesabları oxunur. Amma bizi də camaata söydürürlər. Təhqirlərə nəzarət edə bilmirsənsə, niyə şərh bölümünü açıq qoyursunuz?!

Sosial şəbəkə səhifələrini idarə edənlərə burdan xəbərdarlıq edirəm ki, bundan sonra Yaşar, mənim haqqımda pis və ya yaxşı xəbər paylaşsanız, sizi polisə şikayət edəcəm. Məhkəməyə verəcəm”.

Kərimova oğlunu Cəlilova bənzədiyini deyənlərə də münasibət bildirib: "Şərhlərin birində yazıblar ki, 23 yaşında Yaşarla münasibətim olub və oğlum dünyaya gəlib. Həmin uşaq da Yaşara bənzəyir. İnsanlar biri-birinə oxşaya bilər. Olsun ki, oğlumun hansısa cizgiləri Yaşara bənzəsin. Amma bu, o demək deyil ki, o, Cəlilovun oğludur. Mən Yaşardan böyüyəm. Onun 31, oğlumun isə 21 yaşı var".

Kərimova Yaşar Cəlilovun boşanmasında əli olmadığını da xüsusi ilə diqqətə çatdırıb: “Yaşar mənim sevgilim deyil. Sadəcə olaraq mən sözügedən müğənninin prodüserliyini edirəm. Eyni zamanda ailəvi dostuq. Cəlilovun anası Aişə xanımla da iş birliyimiz var. Birgə gözəllik salonu işlədirik.

Əgər Yaşar məni istəyirdisə, niyə başqa bir xanımla evlənirdi? Cəlilova ərə gələn qız bilirdi ki, onun prodüserliyini mən edirəm və onunla niyə evlənirdi? Mən əgər Yaşarı boşatdıracaydımsa, niyə qoyurdum evlənsin? Əgər məni Yaşarın boşanmaq məsələsində günahkar bilirlərsə, əcəb edirəm. Yaşarın boşandığı xanım onu çox istəyirdisə, yanında saxlamağı bacarırdı. Hərə getsin özünə baxsın. Yaşar nişanlandı ayrıldı, evləndi boşandı məni günahkar bildilər. Artıq mən 10 ildir ki, sözügedən sənətçinin yanındayam. Əgər Yaşarın boşanmasında günahkar mən idimsə, valideynləri hazırda da onunla işləməyimə icazə verir.

Onu da qeyd edim ki, ötən gün Y.Cəlilov şəxsi həyatı haqda etiraflar etdi. Bu, onun şəxsi işidir. Müğənni bildirdi ki, hazırda ailəmin yanındayam. Tək deyiləm. Yaşar çox düzgün vurğuladı. Çünki bir çox kişilər xanımından ayrılmamış həyatında başqa qadın olur. Yaşarın 9-10 ay idi ki, arvadı evində deyil. Ümumiyyətlə, onun evində yaşananları heç kim bilmir. Çünki ifaçının özü uşağının xatirinə açıqlamır. Daha bu, o demək deyil ki, Yaşarı baltalamaq lazımdır. Belə də ki, həyat Yaşarındır. Nə edib, özü bilər. Onun həyatına kiminsə qarışmağa ixtiyarı yoxdur. Cəlilov boşanıbsa, buna səbəbkar mən deyiləm. Mən Yaşara və uşağına hörmət etdiyimə görə səsimi çıxartmıram. Mən danışsam, hər kəs təəccüblənər ki, Yaşar niyə bu vaxtadək o, xanımla evli qalıb. İnsanı hər söz danışmağa vadar etməzlər. Onun da anasının arzusu var idi ki, oğlunu evləndirsin. Evinə gəlin gətirsin, nənə olsun. Üstəlik də, Yaşar qızına anasının adını verib. Cəlilov heç vaxt istəməzdi ki, onun qızı başqa qapıda böyüsün. Demək ki, səbəblər var”.

Qeyd edək ki, Yaşar Cəlilov ötən gün boşanması haqqında bu sözləri dilə gətirmişdi: "2018-ci ilin sentyabrın 4-də ailə həyatı qurmuşam. 2020-ci ilin noyabr ayının 10-nu rəsmi boşanmışam. Qələbəyə həsr olunmuş hərbi parad günündə bayram-bayrama qarışmışdı.

Uşağımın 1 yaşı olanda məhkəməyə ilk olaraq mən müraciət etmişəm. Biz xeyli vaxt idi ki, bir evdə yaşamırdıq.

Onu da qeyd edim ki, kimsə kiminsə həyatını korlaya bilməz. Bu həyatı bizə Allah bəxş edib. Həyatımızı bizə xoş olan insanlarla başa vurmalıyıq. Mən keçmiş həyat yoldaşımı da pisləmirəm. Allah onu da xoşbəxt eləsin. Kimsə evlənəndə boşanacağını düşünmürdü. Sadəcə olaraq, qarşı tərəflə xasiyyətlərimiz uyğunlaşmadı və yollarımızı ayırdıq. Eyni zamanda, dini şəriətlərə görə mən ayrıldım. Bəlkə də dindar olmasaydım çox şeylərə göz yumub, boşanmayacaqdım.

Bildiyiniz kimi, həmin xanımdan bir qız övladım var. Məhkəmənin qərarı ilə mənə təyin olunan günlərdə uşağımı görürəm.

Allah keçmiş xanımıma və mənə xeyir versin. Artıq mənim xeyrim var. Təklik Allaha məxsusdur. Mən kimisə sevirəmsə, elə onun da yanındayam. Məni də sevən elə yanında saxlayıb".
// SİA.az//
Geri qayıt