Əsas Səhifə > Şou-biznes > "Daha sonra atam götürüb, ötürüb qardaşıma ki, məni döysün"
"Daha sonra atam götürüb, ötürüb qardaşıma ki, məni döysün"15-01-2021, 11:12 |
Əməkdar artist Sevinc Sarıyeva vaxtilə ailə üzvləri tərəfindən döyüldüyü etiraf edib. Yenisabah.az xəbər verir ki, ARB telekanalında yayımlanan “Səhər-səhər” verilişinin qonağı olan sənətçi qaşını aldığı üçün anası, bacısı, atası və qardaşının onun döydüyünü deyib: “O vaxt qaşımı aldığıma görə əvvəlcə anam məni döyüb, sonra bacım. Daha sonra atam götürüb, ötürüb qardaşıma ki, məni döysün. Haradasa, 27-28 yaşım var idi. Ərə getməmişdim hələ. 1997-98 ci illər idi. Səhnə adamı idim. İnanırsınız, dövlət televiziyasına məni çəkmirdilər”. Həmin görüntüləri təqdim edirik: Geri qayıt |