Əsas Səhifə > Şou-biznes > “Qüsurum olsa, tamaşaçı qarşısına çıxmaram ki, mühiti xəsətləndirməyim”

“Qüsurum olsa, tamaşaçı qarşısına çıxmaram ki, mühiti xəsətləndirməyim”


27-01-2021, 08:31
“Qüsurum olsa, tamaşaçı qarşısına çıxmaram ki, mühiti xəsətləndirməyim”
Moderator.az-ın qonağı Əməkdar artist Firuzə İbadovadır. O, bizimlə söhbətində yeni yaradıcılıq planlarından danışıb.

- Firuzə xanım, bu gün gündəmin əsas mövzularından biri də peyvəndin vurdurulmasıdır ki, bu barədə fikirlər heç də birmənalı deyil. Çox istərdik ki, sizin də bu mövzu ilə bağlı fikirlərinizi öyrənək.

- Bir ildir ki, koronavirus bütün dünyanı zəbt edib. Virusun gətirdiyi bəlalarla mübarizə aparırıq. Özümüzü və ailəmizi qorumaq üçün evə qapanmağa məcbur olduq. Dövlət başçımızın apardığı düzgün siyasət nəticəsində dünyaya nisbətən bizdə yoluxanların sayı az oldu. İndi isə peyvəndlərin vurulma mərhələsindəyik. Məndə hər kəs kimi peyvənd vurduracağam.

- Pandemiyadan sonra yeni dönəmin başlanacağı deyilir. Azərbaycan mədəniyyətində xüsusən də musiqimizdə bu istiqamətdə hansı yenilikləri gözləyirsiniz?

- Mən də yeniliklərin olacağını gözləyirəm. Ən əsas məsələ bayağı musiqilərin bizdən uzaq olması idi. Bir ilə yaxındır ki, biz o musiqiləri eşitmirik. O musiqilər qulaqlarımızı kirlətmişdi. Bu gün isə kifayət qədər istedadlı gənc xanəndələrimiz yetişir, formalaşır. Dövlətimiz istedadlı insanlara önəm verir. Təkcə insanlar arasında kin, paxıllıq olmasa daha yaxşı olar. Paxıl insanların barıtının az olması məsləhətdir.

- Bu hiss insanın özünün də inkişafının qarşısını alır.

- Paxıl insan birinci özünü məhv edir. Əgər daxilində paxıllıq varsa birinci zərəri özünə vurmuş olur. Nə yaxşı ki, bu hiss incəsənət cameəsində olan səntəkarlarımızın bir çoxundan uzaqdır. Demirəm yoxdur, var amma o da sənət paxıllığı ola bilər. Bu artıq paxıllıq deyil, istək, xislətdir.

- Ötən ilə nəzər saldıqda yaradıcılığınızı necə qiymətləndirirsiniz?

- Pandemiyada dönəmində zamanımın çoxunu evdə keçirdim. Bununla bərabər yaradıclığıma da zaman ayırdım. Belə ki, bu dönəmdə 10-a yaxın yeni mahnı hazırladım. II Qarabağ müharibəsində canından keçmiş, şəhidlərimiz üçün mahnı ifa etdim. Hazırda zəfər nəğməm yazılır. Bununla bərabər Novruz bayramı üçün yeni musiqi hazırlanır.
Karantin günlərində çox şeyi öyrəndim. Pandemiya dönəmdə formalaşdıq, canımızın qayğısına qalmağı, səbr etməyi öyrəndik. Vaxtında yatıb, vaxtında durduq. Karantin günlərimizi daha da dəyərli edən isə 30 ildir həsrətində olduğumuz torpaqlarımıza qovuşmağımız oldu. Zəfər qazandıq və bunu birlikdə qeyd etdik. Mən II Qarabağ müharibəsində sənətimin ikinci baharını yaşadım.

- Hazırda yeni mədəniyyət naziri təyin edilib. Bu sahədə hər bir incəsənət nümayəndəsinin bir gözləntisi var. Sizin gözləntiləriniz nələrdir?

- Yeni təyin edilən mədəniyyət naziri Anar Kərimov istedadlı, zəkalı, savadlı kadrdır. İlk növbədə onu təbrik edirəm. Biz Zakir Nərimanovun, Polad Bülbüloğlunun, Əbülfəs Qarayevin nazir olduğu dönəmləri görmüşük. İndi yeni nazir təyin edilib və ümid ediirk ki, onun dönəmində bizim istəklərimiz də nəzərə alınacaq. Artıq yeni nazirin islahatları televiziyalarımzdan duyurlur. Belə ki, televiziyalarımızdan bayağı ifaçıların səsi eşidilmir. Mənim hamıya hörmətim var. İstəməzdim ki, o ifaçılara “bayağı” damğasını yapışdırım. Amma...
Əsas istəyim odur ki, bu sənətə gələn gənclər onları örnək almasınlar. İfaçılıq sənətini seçənlər sənəti sevib gəlsinlər. Bir var ki, həvəskar kimi baxırsan, biri də var, sevərək ifa edirsən. Musiqiyə həvəskar kimi gəlmək lazım deyil. Quyu özündən dolu olmalıdır. Ondan nə qədər su axsa da çuxurunda su qalmalıdır ki, pas atmasın.

- Bu sənətə yeni gələn xanəndələr sizi qane etmirmi?

- Əlbəttə ki, çox istedadlı gənclərimiz var. Çox istərdim ki, onlar xalq mahnılarımıza daha çox müraciət etsinlər. Nəinki xalq mahnıları, dəyərli bəstəkarlarımızın mahnılarını ifa etsinlər. Xanəndələrimiz Azərbaycan musiqinin onurğa sütünudur. Bu gün bəstəkarlarımızı, xalq mahnılarımızı, muğamlarımızı qorumalıyıq. Bu işdə mədəniyyət nazirinin üzərində böyük yük düşür. Allah ona səbr və can sağlığı versin ki, o sənətkarların qayğısına qala bilsin.

- Əvvəl o sənətkarlar diqqətdən kənardamı qalmışdı?

- Deməzdim ki, diqqətdən kənarda qalmışdılar. Bir qədər sənəti bilən, sevən insanları kənarda saxlamışdılar. Mən ustadımı gördüb, onu sevib bu sənətə gəlmişəm. Bacardığım qədər onların başını uca etməyə çalışmışam. Bundan əvvəl bircə dəfə soruşmadılar ki, “Ay Firuzə xanım sən nədən narazısınız?”. Mən bunu görmədim. Bir sənət adamı kimi bu məni çox üzdü. Şikayət etmirəm. O dövrdə ola bislin aləm bir-birinə dəymişdi. İndi isə başqa dönəmdir. İnanıram ki, Anar Kərimov hər kəsə ayrı-ayrılıqda diqqət və önəm verəcək. Əgər mənim bir qüsurum olsa, tamaşaçı qarşısına çıxmaram ki, mühiti xəsətləndirməyim. İfam sağlam deyilsə onu necə gənclərə təbliğ edə bilərəm?

Geri qayıt