Əsas Səhifə > Şou-biznes > “Bloggerlik deyilən bir sənət yoxdur”
“Bloggerlik deyilən bir sənət yoxdur”4-02-2021, 08:56 |
Türkiyə və yerli şou-biznesdə kifayət qədər tanınan gənc ifaçı Aila Rai Moderator.az-ın suallarını cavablandırdı. "O səs Türkiyə” yarışmasında iştirak edərək ilk pillələrə qədər gəlib çıxmağı bacaran, fərqli duetlər, "mash up”-lar və müxtəlif janrlı mahnılara üstünlük verən ifaçı bizimlə söhbətində pandemiya dönəmində gördüyü işlərdən və gələcək planlarından danışdı. -Karantin günlərini necə keçirdirsiniz? -Karantin günlərini ailəmlə, yaxınlarımla, rəfiqələrimlə birlikdə keçirdirəm. Karantindir deyə evdə boş oturmuram. Ali təhsilimi artıq başa vururam. Bu müddət ərzində imtahanlarıma hazırlaşmışam. 2 aylıq İstanbula gedib, layihələrim üzərində çalışmışam. Hələ ki, o layihələrin heç biri işıq üzü görməyib. Əvvəlki gündəlik iş həyatımızın, ab-havanın düzəlməsini gözləyirəm. İnsanların əhvalı o qədər də yaxşı deyil. Pandemiya bir çox iş yerlərinin bağlanmasına səbəb oldu, ümumi yaranan situasiyadan, şəraitdən dolayı indi insanlar musiqi dinləmək dərdində deyillər. Yəni belə bir dönəmdə yeni mahnı, layihə o qədər də maraqlı olmayacaq. İnsanların işləri o qədər də yaxşı getmir. Onun üçün biz də həmin layihəni təqdim edəcəyimiz məqamı gözləyirik. Bundan başqa karantin günlərində idmanla məşğul olub, kitab oxumuşam, işlərimlə məşğul olmuşam. Mən bu karantindən faydalananlardanam. Gizlətməyəcəm, karantin rejimi xoşuma gəlir. O qədər günümün çoxunu evdə keçirmişəm ki, artıq bu rejimə öyrəşmişəm. Heç bir yerə çıxmaq istəmirəm. -Bəs psixoloji olaraq pandemiya dönəmi sizə necə təsir etdi? - Əlbəttə ki, daima dinamik həyat tərzi keçirən insanın çərçivəyə salınması psixoloji olaraq təsirsiz ötüşmür. Mən daim öz üzərində çalışmışam. Belə ki, 3 yaşımdan rəqs, gimnastika, idman, musiqi, vokal sənəti ilə məşğul olmuşam. Uşaqlıqdan daima hərəkətdə, dinamik biri olmuşam. Bir yerdə oturmamışam. Hər zaman bir işlə məşğul olmağa öyrəşmişəm. Karantin rejimində isə ilk günlərdə bu qaydalar mənə mənfi təsir edirdi, sonra gördüm bu bütün dünyada belədir. İnsanlarda psixoloji cəhətədn aqressivləşiblər, bu da hazırda normal hala çevrilib. - Bəs maddi olaraq hansı çətinliklərlə üzləşdiniz? - Nə xoş mənə ki, bu mövzuda xüsusi bir problem yaşamıram. Ailəm yanımdadır, onlar mənə həmişə dəstək olurlar. Hazırda valideynlərim mənə maddi yardım göstərir. Əvvəllər öz xərclərimi özüm həll edirdim. Belə ki, gündəlik xərclərimi, mahnılarımı, arenajmanlarını, kliplərimi özüm həll edirdim. Bir neçə il idi ki, ailəmdən maddi dəstək almırdım. Düşünürəm ki, bu vəziyyət düzələcək. Hər şey daha yaxşı olacaq, sadəcə bir az səbr etmək lazımdır. Bu da bizə Allah tərəfindən verilən bir sınaqdır. Əsas məsələ bizim bu sınaqdan necə keçməyimizdir. -Kanatin günlərində evdə qalan sənətçilərin fərqli tərəfləri ilə tanış olduq. Siz bu günlərdə nələrin fərqinə vardınız, özünüzdə nələri kəşf etdiniz? -Karantin günlərində nə qədər səbrli olduğumu gördüm. Əvəllər elə düşünürdüm ki, evdə çox otura, belə bir rejimə dözə bilmərəm, darıxaram. Məndə isə əksinə oldu, artıq bu rejimə alışmışam. Bu müddət ərzində gördüm ki, evdə qaldıqda yemək bişirə, idmanla məşğul ola, kitab oxuya bilərəm. Yəni bu müddət ərzində uşaqlıqdan özümdə hər şeyi kəşf etdiyim üçün fərqli bir Aila ilə qarşılaşmadım. -Bu günün əsas gündəm mövzusu peyvəndlərin vurulmasıdır. Siz peyvənd vurduracaqsınızmı? - İnsanlar koronavirusa yoluxmağa başlayanda deyirdilər ki, belə bir şey mümkün deyil, bu şaiyədir. İndi də deyirlər ki, peyvənd boş şeydir, insanları öldürür, yarımcan edir və sair. Mən isə o fikirdə deyiləm. Bir az səbr edəcəm, görsəm ki, hər kəs peyvənd vurudur mən də vurduracam. Bu o qədər də qorxulu bir şey deyil. Təzə-təzə heç kəs peyvənd vurdurmaq istəməyəcək, sonra vurduracaqlar. - Sosial şəbəkənin gətirdiyi məşhurluğun keçici olduğu deyilir və sabun köpüyünə bənzədilir. Bu platformada tanınan simaların məşhurluğu birmənalı qarşılanmır. Siz necə düşünürsünüz? -Sosial şəbəkənin gətirdiyi məşhurluq bir yerə qədərdir. Sosial medianın məşhurlaşdırdığı insanlar bir müddətdən sonra unudulmağa məhkumdur. Sosial media bu gün var, sabah yoxdur. Sabah fərqli, yeni bir platforma açılacaq. Orada başqaları tanınmağa başlayacaq. Bloggerlər, instagram məşhurları bunlar hamısı müəyyən yerə qədərdir, əbədi deyil. İnsan gərək qəlblərdə sevilsin. Məşhurluq sosial media ilə ölçülmür. Sosial mediada elə məşhur var ki, bir paylaşımına ümumilikdə heç min “like” gəlmir. Ancaq instagram üzərindən məşhurlaşan bloggerin bir paylaşımının milyon baxış sayı olur. Məşhur çölə çıxandan daha çox tanınır, insnalar onu sevir. Ancaq o milyon baxış sayı toplayan insana eyni cür yanaşmırlar. Sevilən səntəçilər insanaların yaddaşında, xatirində qalırlar. Əslində isə bloggerlik deyilən bir sənət yoxdur. Musiqiçi sənəti, aktyorluq, ifaçılq var amma bloggerlik deyilən rəsmi sənət yoxdur. Yəni ondan dərs alıb öyrənmirlər. Şəkil çəkib paylaşmaq bloeggerlik deyil. İnsanlar onların tərzini bəyənir deyə onları izləyir. Bu platformada məşhurlaşsan hər kəs səni sevəcək və tez də unudacaq. Əsas məsələ insanların yaddaşında və ürəyində qalmaqdır. Bu ifadəmlə o demək deyil ki, mənim onlarla hər hansı problemim var, əsla. Hətta onu deyim ki, bu gün 6-7 blogger var ki, mən onları izləyirəm. Çünki kifayət qədər zövqlüdürlər. Geri qayıt |