Əsas Səhifə > Şou-biznes > "Getdim evlərinə, bacısına, anasına, oğluna dedim, narahat olmayın"

"Getdim evlərinə, bacısına, anasına, oğluna dedim, narahat olmayın"


4-02-2021, 11:00
"Getdim evlərinə, bacısına, anasına, oğluna dedim, narahat olmayın"
"Fədayə Laçın həbs ediləndə gecə zülüm-zülüm ağladım ki, niyə belə oldu. Özümü atdım odun içinə. Fədaya tanıyırdım? Mənə o lazım idi? Ancaq toyda görüşərdik, "salam-sağ ol" edərdik".

Bu sözləri müğənni Manaf Ağayev Tarix Əliyevin (Tolik) "Günə bir şou" proqramında deyib. Sənətçi müğənni Fədayə Laçının çətin günündə ona dəstək olmadığından gileylənib:

"Getdim evlərinə, bacısına, anasına, oğluna dedim, narahat olmayın. Dostlarımdan da pul yığdım, 2 il onlara kömək etdim. Sağ olsun, çıxdı, bu haqda hər yerdə dedi. Amma zindandan ağır gün yoxdur. Amma bütün günü canlı yayımda oturursan. Məni millət qınayanda deyə bilməzdin ki, belə şeylərə fikir vermə, hamı səni tanıyır. Manafı tərifləmə, tərifləsən söyəcəklər".

M.Ağayev keçmiş aparıcı İlham Mirzəyevdən də şikayət edib:

"İlham Mirzəyevə gələk. Həbsdə olanda getdim yanına, dedim gələn olub? Dedi, yox, dedim gələn də olmayacaq. Çünki bu cəmiyyəti bilirəm. O, çıxana qədər evinə getdim, kömək etdim. Bir nəfərə deyib ki, Manafı müdafiə edə bilmərəm, məni söyəcəklər. Məni də sənin yanına gələndə söydülər ki, sən hara, o, hara".
//Axşam.az//
Geri qayıt