Əsas Səhifə > Şou-biznes > “MP3 saytları bağlansın, pul qazanmaq istəyirik”
“MP3 saytları bağlansın, pul qazanmaq istəyirik”4-02-2021, 15:25 |
Bəstəkar-müğənni Murad Arif sosial şəbəkə vasitəsilə çağırış edib. Musavat.com xəbər verir ki, ifaçı piratçılığa etiraz edərək, MP3 saytlarının qısa müddət ərzində bağlanmasını istəyib: “Anlayıram ki, bir çox problemlərimiz var. Lakin bizim sahənin ən böyük problemini də dilə gətirmək lazımdır. Biləsiniz ki, musiqiçi heç bir teatrdan, klubdan, televiziya və radiodan qonorar almır. Belə olan halda, ümid qalır yalnız musiqisini satmağa... O da alınmır. Bu gözəl ölkəmizdə MP3 saytlar, “Youtube”-dan MP3 yükləyən portallar və proqramlar var. Bir sözlə, piratçılıq imkan vermir. Əsl yaradıcılıq, kreativlik mahnı, albom satılanda meydana gəlir. Yalnız toylara göz dikməyən ifaçı da başlayır müxtəlif mövzuda, janrda, ritmdə mahnılar oxumağa. Texnoloji olaraq ölkə ərazisində MP3 saytlarını əngəlləmək çətin deyil. Bu, həll olunan məsələdir. Sadəcə, bununla maraqlanmaq lazımdır. Daha sivil olaq, qayda-qanunlu şou-musiqi sektorumuz olsun, ən azı alternativ janr ifaçıları da qazana bilsin”. Geri qayıt |