Əsas Səhifə > Şou-biznes > "Həmin müğənniyə zəng ediblər ki, sizə də 500 manat veririk, gəlin oxuyun"
"Həmin müğənniyə zəng ediblər ki, sizə də 500 manat veririk, gəlin oxuyun"11-02-2021, 08:28 |
“Sənətçi xalqın içindən çıxır, o xalqın hər bir nümayəndəsinə qarşı hörmətlə yanaşmalıdır. Toy danışanda artıq xalq sənin necə insan olduğunu bilir. Bir dəfə Əlibayramlıdan zəng etdilər ki, Sevinc xanım aprel şəhidinin ailəsindəndir, oğlumuza toy edirik, istəyirik ki, sizi də dəvət edək. Amma sizə 500 manat ödəməyə imkanımız var. Toy yiyəsinə dedim ki, həmin 500 manatı mənim adımdan toya yazdırın, necə lazımdırsa gəlib iştirak edəcəm. Həqiqətən də getdim, özü də o günü həyat yoldaşım əməliyyat olunmuşdu. Məndən bir müğənninin nömrəsini alıb, həmin müğənniyə zəng ediblər ki, sizə də 500 manat veririk, gəlin oxuyun. Həmin xanəndə şəhid ailəsinə demişdi ki, 500 manat elə mənim maşınımın benzinin puludur, üstünə 2 min də əlavə edin, gəlib iştirak edim. Toy yiyəsi mənə zəng edib deyəndə yenə də həmin xanəndənin tərəfini vermədim, çünki həmkarıq, bir yerdə səhnəyə çıxırıq. Amma toyun sonuna qədər gözləsələr də həmin müğənni getməmişdi” Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Sevinc Sarıyeva bildirib. Xanəndə tələbəlik illərində kirayə qaldığını bildirib və çəkdiyi çətinliklərdən danışıb. “Tələbəlik illərində Gülyaz və Gülyanaqla qonşuluqda kirayə evlərdə qalırdıq. İmkanımızın yaxşı olmadığı vaxtlar idi. O vaxt da Nəzakət Teymurovanın gözəl səhnə geyimləri var idi. Onun geyimlərini alıb geyinirdik. Burada nə var ki? Bunu niyə danmalıyıq ki? Bir ayaqqabımız var idi, o qədər çəkməçiyə yamaq vurmağa aparmışdıq ki, axırda bezmişdi, bizə deyirdi ki, mən yamağın üstündən necə yamaq vurum? (gülür). Öz müəlliməm Elza Qaybalıyevanın geyimlərini də geyinmişəm. İnsan gərək keçmişini unutmasın” deyə əməkdar artist bildirib. Geri qayıt |