Əsas Səhifə > Şou-biznes > "Vaqif Mustafayev nə qədər yaxşı kinorejissor olsa da, bir o qədər pis televiziya işçisi idi"
"Vaqif Mustafayev nə qədər yaxşı kinorejissor olsa da, bir o qədər pis televiziya işçisi idi"16-02-2021, 08:10 |
"Space" TV-nin yeni rəhbəri Kamil Şahverdiyev təyin olunub. O, Rəşid Behbudovun kürəkəni, eləcə də əfsanəvi müğənninin adını daşıyan Fondun direktorudur. Qeyd edək ki, kinorejissor Vaqif Mustafayev bir müddət əvvəl “Space” TV-nin rəhbəri vəzifəsindən azad edilib. Bununla bağlı "Şərq"ə açıqlama verən media eksperti Qulu Məhərrəmli qeyd edib ki, hazırda "Space" TV günümüzün ən zəif kanallarından biridir: "Vaqif Mustafayevi "Space" TV-nin rəhbəri vəzifəsindən uzaqlaşdırmaq çox düzgün qərardır. Çünki o, nə qədər yaxşı kinorejissor olsa da, bir o qədər pis televiziya işçisi idi. Fikrimcə, onun televiziyanın ictimai-sosial funksiyası haqqında dolğun və dəqiq təsəvvürü olmayıb. Televiziyaya ev kinosu kimi yanaşmağı həm onun nümayişinə, həm də verilişlərə müəyyən qədər təsir edib. Bunun üçün də hazırda kanal günümüzün ən zəif və baxımsız kanalıdır". Qulu bəy ümid edir ki, bundan sonra bəlkə "Space" telekanalında bir dönüş olar: "Kamil Şahverdiyev televiziya sahəsində çox çalışıb. O, televiziya verilişlərinin istehsalı prosesini bilən adamdır. Bu səbəbdən ümid edirik ki, gələcək zamanlarda telekanalda dəyişikliklər olacaq. Kamil Şahverdiyevə uğurlar arzu edirik". Geri qayıt |