Əsas Səhifə > Şou-biznes > "Türkiyəyə gəlməsəydim, təmir gedə-gedə proqrama davam edəcəkdim"
"Türkiyəyə gəlməsəydim, təmir gedə-gedə proqrama davam edəcəkdim"16-02-2021, 11:54 |
Aparıcı Mətanət Əliverdiyevanın “Space” TV-də aparıcılıq etdiyi verilişin dayanma səbəbini açıqlayıb. Mətanət Əliverdiyeva verilişin dekor dəyişikliyinə görə dayandığını bildirib: “Hazırda Türkiyəyə gəlmişəm. “Qız atası” serialının bəzi kadrlarını çəkirik. "Hər səhər Mətanətlə" verilişinin dekoru dəyişdirilir. Təmir işləri martın 1-dək bitsə, həmin tarixdə başlayacağıq. Əks halda martın 8-də efirə çıxacağıq. Verilişimizi xanımlara həsr edəcəyik. Heç yerə getməmişəm. Dekor köhnə idi, ona görə bəzi dəyişiklər etmək üçün veriliş dayandı. Türkiyəyə gəlməsəydim, təmir gedə-gedə proqrama davam edəcəkdim”. Qeyd edək ki, Mətanət Əliverdiyevanın aparıcısı olduğu “Hər səhər Mətanətlə” verilişi iki gündür yayımlanmır. //Teleqraf.com// Geri qayıt |