Əsas Səhifə > Şou-biznes > "Ömrümdə heç vaxt azan verməmişəm"

"Ömrümdə heç vaxt azan verməmişəm"


16-02-2021, 12:55
"Ömrümdə heç vaxt azan verməmişəm"
"2020-ci il bizim üçün gərgin başladı, amma sonluğu ölkəmiz üçün uğurlu oldu. Müzəffər ordumuz 44 gün ərzində həsrət qaldığımız dədə-baba torpaqlarımızı bizə qaytardı".

Musavat.com xəbər verir ki, bu sözləri “MTV Azərbaycan”a açıqlamasında əslən Ağdamdan olan Xalq artisti Mənsum İbrahimov deyib. Vətən həsrətindən danışan sənətçi Ağdamda verdiyi konsert barədə təəssüratlarını bölüşüb:

"Əhd etmişdim ki, ilk Ağdama girişimdə görəcəyim iş məsciddə azan verməkdir. Ömrümdə heç vaxt azan verməmişəm. Məscidə getdim və sanki, o azanla Allaha təşəkkür etdim. Sonra möhtəşəm qoyub çıxdığımız Ağdamın mərkəzində, hansı ki, indi xarabalıqdır, kiçik konsert verdim, arzuma çatdım. Həmin xarabalıq dünyanın ən böyük səhnələrindən üstün idi. Çünki mən öz torpağımda oxuyurdum. Muğam musiqi sənətimizin əsasıdır. Beynəlxalq yarışlarda muğam elementləri mütləq olmalıdır. Milli geyimlərimizin rəmzi olmalıdır. Estrada, vokal dünyanındır, amma muğam bizimdir".

Geri qayıt