Əsas Səhifə > Şou-biznes > "Üzümdəki o gülüş solğun gülüşdür..."

"Üzümdəki o gülüş solğun gülüşdür..."


26-02-2021, 11:15
"Üzümdəki o gülüş solğun gülüşdür..."
“Bizim Xocalı faciəsi ilə yanaşı, 20 Yanvar şəhidlərinə də həsr etdiyimiz mahnılarımız var. Biz bu faciəni heç vaxt unutmamalıyıq”

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Gülyaz Məmmədova deyib. Xanəndə Xocalı kimi dəhşətli faciələrimizi heç vaxt unutmayacağımızı bildirib:

“Biz Xocalı faciəsiylə bağlı əsərlər yaratmağa illər öncə başlamışıq. Bizim Xocalı faciəsi ilə yanaşı, 20 Yanvar şəhidlərinə də həsr etdiyimiz mahnılarımız var. Biz bu faciəni heç vaxt unutmamalıyıq. AzTV-də rəhmətlik Etibar Babayev dəhşətli bir film yaratmışdı. Vətən müharibəsində qələbə çaldıqdan sonra Əli Behbudzadə və Xatirə Cabbarzadənin müraciəti ilə Xocalıyla bağlı daha bir mahnı oxudum. Biz bu mahnıyla bir daha Xocalı faciəsini dünyaya tanıtmağa çalışdıq. Bu gün Xocalı faciəsindən 29 il ötür. Əsirlər keçsə belə biz bu faciəni unutmamalıyıq. Hələ də faciələrimizlə bağlı filmlər yaradılır. Vətən müharibəsindən o qədər təsirlənmişəm ki, gülmək istəyirəm, amma üzümdəki o gülüş solğun gülüşdür. Adam nə o ağır günləri, nə də şəhidlərimizi xatırlamaya bilmir. Biz irəli gedəcəyik, quracağıq, yaradacağıq, amma bu hadisələr ürəyimizin içində məskən saldığı üçün əbədi yaşayacaq. Bir sənət adamı kimi bizim də mübarizəmiz sənətimizlədir. Bu mövzuda Gülyanaq xanım da, mən də mahnılar ifa etmişəm”.

Geri qayıt