Əsas Səhifə > Şou-biznes > "Sən qadın kimi doğula bilərsən, ana ola bilərsən, lakin..."

"Sən qadın kimi doğula bilərsən, ana ola bilərsən, lakin..."


8-03-2021, 11:05
"Sən qadın kimi doğula bilərsən, ana ola bilərsən, lakin..."
Xəbər verdiyimiz kimi bu gün 8 Mart Beynəlxalq Qadınlar Günüdür. Moderator.az-a açıqlamasında Xalq artisti Afaq Bəşirqızı bu münasibətlə qadınlarımızı təbrik edib:

“Bu gün çox müqəddəs bir gündür. Mən buna Analar Günü deyirəm. Xoşbəxtdir o qadın ki, həm ana, həm də qadındır. Bu iki adı qazanmaq lazımdır. Sən qadın kimi doğula bilərsən, ana ola bilərsən, lakin o analıq və o qadınlığı qazanmaq hər qadına nəsib olmur. Bu adı qazanmış və şərəflə daşıyan bütün qadınlarımızı bu gün münanasibətilə təbrik edirəm. Bu adı qazanan şəhid analarımıza səbr diləyirəm. Məğrurluğu, ucalığı həmişə saxlasınlar, çünki onların övladları onlara elə bir ucalıq bəxş edib ki, bunun üçün zirvə balaca bir sözdür. Bütün qadınlarımızı 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə bir daha ürəkdən təbrik edirəm”.

Geri qayıt