Əsas Səhifə > Şou-biznes > “Aparıcı olmadığıma görə bu mənim üçün bir əyləncə idi...”
“Aparıcı olmadığıma görə bu mənim üçün bir əyləncə idi...”8-03-2021, 12:51 |
“Bu bayramımızda çox analarımızın gözü yaşlı qaldı. Onlar Vətən müharibəsində oğlanlarını şəhid verdilər. Mən şəhid analarımıza cansağlığı arzu edirəm, onlar bizim güclü qadınlarımızdır” Bunu Moderator.az-a açıqlamasında rəqqasə Fatimə Fətəliyeva deyib. Rəqqasə ildə bir dəfə deyil, həmişə qadınlarımıza diqqət göstərilməsinin vacibliyini vurğulayıb: “Əslində 8 Mart Beynəlxalq Qadınlar Günü ildə bir dəfə olur. Amma mən düşünürəm ki, biz xanımlara, analara ildə bir dəfə yox, hər zaman diqqət yetirmək lazımdır, hər zaman onlar sevilməlidir. Amma bu bayramımızda çox analarımızın gözü yaşlı qaldı. Onlar Vətən müharibəsində oğlanlarını şəhid verdilər. Mən şəhid analarımıza cansağlığı arzu edirəm, onlar bizim güclü qadınlarımızdır. Qarşılarında baş əyirəm. Çünki bizim şəhid analarımız mərd oğullar dünyaya gətirib, onu böyüdüb və vətən üçün şəhid veriblər. Biz bu gün şəhidlərimizin, qazilərimizin sayəsində yaşayırıq, varıq. Amma şəhid analarımızın ürəyindəki yara heç vaxt sağalmayacaq. Allah onlara səbr versin. Bütün xanımlara qadın xoşbəxtliyi arzu edirəm”. F.Fətəliyeva “Space” kanalındakı verilişindən də danışıb və fəaliyyətini dayandırdığını deyib: “Mən aparıcı olmadığıma görə veriliş aparmaq düşünürəm ki, mənim üçün bir əyləncə idi, məktəb idi. İki ay veriliş apardım. Məni telekanala özləri dəvət etmişdilər, müqavilə bağlamışdıq. “Space” kanalında rəhbərlik dəyişdiyinə görə şou xarakterli verilişlər dayandırılıb. Özüm də fikirləşdim ki, elə belə yaxşıdır. Çünki çox əziyyət çəkirdim. Başqa işlərim var deyə çatdıra bilmirdim”. Geri qayıt |