Əsas Səhifə > Şou-biznes > Rusiyanı Eurovision-2021-də tacik Manija təmsil edəcək
Rusiyanı Eurovision-2021-də tacik Manija təmsil edəcək9-03-2021, 08:54 |
May ayında Niderlandda keçiriləcək Avroviziya mahnı yarışında Rusiyanı müğənni Manija təmsil edəcək. O Rusiyanın 1-ci telekanalında keçirilən səsvermədə 2Maşa və Therr Maitz qruplarını geridə qoyub. Manija Avroviziya yarışında "Russian woman" (Rus qadını) mahnısını ifa edəcək. AzadlıqRadiosunun Rus xidməti yazır ki, ötənilki yarışda Rusiyanın Little Big qrupu çıxış etməli idi. Onların klipləri YouTube platformasında təkcə Rusiyada yox, həm də xaricdə populyarlıq qazanmışdı. Lakin Eurvision-2020 koronavirus pandemiyasına görə ləğv edilib. Little Big qrupu builki müsabiqəyə də qoşula bilərdi, amma bu imkandan imtina edib. Qrup Instagramda yazıb: "Biz Eurovsion-2021-ə getmirik. Hesab edirik ki, Rusiyada çox sayda istedadlı və maraqlı ifaçılar var. Onların hər birinin özünü ölkəmizin xaricində göstəmək imkanı olmalıdır”. Manija (Manizha) müğənni Manija Sanginin bədii təxəllüsüdür. O 1991-ci ildə Tacikistanda doğulub və bundan bir neçə il sonra valideynləri ilə birlikdə Moskvaya köçüb. Manija musiqi ilə 12 yaşından məşğul olur. O bir mddət Qərbdə yaşayıb. Instagramda musiqi kollajlarının müəllifi kimi tanınır. Gənc müğənni 2020-ci ilin dekabrında BMT-nin Qaçqınlar Komissarlığının xoş məramlı səfiri kimi Rusiyanı təmsil edib. Rusiyada məişət zorakılığına qarşı kampaniyanın iştirakçısı olub. Eurovision musiqi yarışının təşkilatlçıları bildiriblər ki, pandemiyanın davam etməsinə baxmayaraq bu il tədbir mütləq keçiriləcək. Bu da bildirilib ki, yarış internet formatında deyil, canlı səhnədə olacaq. Lakin bu tədbirə tamaşaçıların buraxılıb-buraxılmayacağı hələlik məlum deyil. Geri qayıt |