Əsas Səhifə > Şou-biznes > Müğənninin həyat yoldaşı "ARB" Tv-ni məhkəməyə verdi
Müğənninin həyat yoldaşı "ARB" Tv-ni məhkəməyə verdi9-03-2021, 16:19 |
Müğənni Elnar Xəlilov və şairə həyat yoldaşı Aysel Nəcəfli ayrılıb. KONKRET.az xəbər verir ki, bu haqda ifaçı “Hüseynova bacıları” proqramında danışıb. O bildirib ki, 1 ilə yaxındır ayrılıblar və övladının üzünü görmür: “Sevəndə gözlərim kor olur. Xasiyyəti xasiyyətimə uyğun olmayan insanları sevirəm. Oğlumun anasını məhkəmələrdə süründürməyi özümə yaraşdırmıram. Birinci həyat yoldaşımla indi də əlaqəmiz var. Rusiyada yaşayır, ayrılma məqsədimiz onun Bakıda yaşamaq istəməməsidir. Uşağımı da tez-tez göstərir mənə. Amma burada nişanlandıqdan sonra əlaqəni kəsdik”. Elnar onu da vurğulayıb ki, bu, Aysellə ikinci boşanmalarıdır. Cütlük bir dəfə rəsmi boşanıb və sonra yenidən nikah bağlayıblar. Ayselin müğənniyə cavabı gecikməyib. O bildirib ki, həyat yoldaşı ona dəfələrlə şiddət göstərib. Aysel vurğulayıb ki, şəxsi həyatını efirdə qabartdığı üçün ARB telekanalını məhkəməyə verib: “Bir neçə gün əvvəl kanaldan xahiş etdim ki, mən və oğlum haqda danışılmasın. Amma hər iki tərəf ancaq reklam düşünür, şou yaratmaq istədilər. Şər-böhtana çox susdum. Düşündülər ki, belə də olmalıdır, qadındır axı… Onun adı qadındır, döyülsə də sussun, polisə getsə, hamı “ayıb olsun” deyəcək. Şiddət gördüyünü desə, qınayacaqlar. Qadının başına oyun açmaq olar. Kişi elə danışar ki, bütün günahı qadına yıxar. Qadın susacaq, heç bir həqiqəti açıqlamayacaq. Başına nələr gəldiyini deməyəcək. Camaatdan ar bilib susar, amma qarşı tərəf bunu fürsət bilər. Sizin kimi insanlara görə yüzlərlə insan canından bezib həyatına qəsd edər. Bu düşüncəyə qarşı çıxın. Nə qədər canımı qurtarmaq istəsəm də, qurtara bilmirəm. Artıq həm polisdən, həm məhkəmədən kömək istəyirəm. Bir qadını bu həddə çatdırmaq olmaz, susdum, amma bəsdir. Güclü qadın gecə-gündüz əziyyət çəkib işləyir. Çünki o anadır, övladı üçün qazanır. Belə qadını necə yıxım deyə düşünərlər, xalqı ona qarşı çıxararlar ki, hamı hücuma keçsin. Qadını təhqirə məruz qoyarlar ki, ölüm həddinə çatsın. Kim nə bilir mən nə yaşamışam və ya niyə ayrılmağı seçmişəm? Danışsam, o insanın üzünə belə baxmaz kimsə. Mən hər zaman şəxsi mövzumdan qaçmışam. Yalnız işlərimlə cəmiyyət önündə olmuşam. Güclü olmağı seçmişəm. Bu kimi suallar olsa belə, səhifəmdən silmişəm, cavab verməmişəm. Qarşı tərəfə dəfələrlə mesaj yazmışam, ailəsinin böyüklərinə demişəm ki, buna son qoyun. Amma olmayıb. O insanla heç kim bacara bilmir. Təşəkkür edirəm, polislər bu işlə maraqlandılar və işə keçdilər. Artıq qadın şiddətinə son”./axşam.az/ Qeyd edək ki, cütlük 2019-cu ildə ailə qurub. Onların bir oğul övladı var. Geri qayıt |