Əsas Səhifə > Şou-biznes > "Qapanmaqla nə dəyişəcək? Bu insanlar nəylə dolansınlar?"
"Qapanmaqla nə dəyişəcək? Bu insanlar nəylə dolansınlar?"12-03-2021, 17:18 |
“Çoxuşaqlı, külfəti olan ailələr var, bayram günüdür, onların yeməyi-içməyi var. Qapanmaqla nə dəyişəcək? Bu insanlar nəylə dolansınlar?” Bunu Yenicag.az-a açıqlamasında tanınmış aparıcı Rövşanə Ağasəfqızı karantinin sərtləşəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib. Aparıcı belə olan halda, insanların əziyyət çəkəcəyini bildirib: “Bir neçə dəfə karantinin sərtləşməsi prosesini yaşadıq. Yoluxma sayında rəqəmlər düşdü. Bu yaxşı hal idi, amma bir neçə aydan sonra rəqəmlərdə yenidən artımın şahidi olduq. Görünən odur ki, virusla mübarizədə karantinin sərtləşməsi müsbət nəticə verir. Amma ki, iqtisadi baxımdan insanlara ciddi ziyan dəyir. Çünki fəhlələr, günəmuzd işləyənlər, salonlarda, iaşə xidmətlərində çalışanlar var ki, onlar maaş almırlar. Bir yandan deyirik ki, virusla mübarizədə gigiyenik qaydalara riayət etməklə bərabər, həm də immunitet yüksək olmalıdır. İmmunitetin yüksək olması da həm də qidalanma faktoruna bağlıdır. Bunun üçün işləyib pul qazanmaq, yaxşı bazarlıq etmək, iqtisadi cəhətdən normal yaşamaq lazımdır. Vaksinlənmə prosesi başlayıb, ümid edirəm ki, yoluxma sayı getdikcə azalacaq. Buna ümid edirik. Görünən budur ki, rəqəmlərdə artım var. Hesab edirəm ki, karantinin sərtləşməsi rəqəmlərdə qısamüddətli azalmaya səbəb olacaq. Amma bayram günlərində evəqapanma, ictimai nəqliyyatın işləməməsi insanlarda stress faktorunu yüksəldir. Yaz gəlir, insanlar təbiət qoynuna çıxmalıdır. Bu şəkildə bağlanma, bu şəkildə qapanma insanlarda əsəb gərginliyi, psixoloji problemlər yaradır, belə olmaz. Bunu düzgün hesab etmirəm. Sərtləşmə onları stressə salacaq. Tibbi qaydalara əməl olunsun, maska taxılsın, məsafə saxlanılsın. Evə qapanırsan, işıq, qaz, su pulu gəlir, bir gün gecikdirəndə qazsız, işıqsız qalırsan. Bütün bunlar pul-para istəyir. Onlayn işləməyən, günəmuzd işləyən, amma gündəlik qazancı kəsilən insan neyləməlidir? Həkim deyiləm, amma mənə belə gəlir ki, kütləvi şəkildə virusa yoluxma olacaq və hamıda immunitet yaranacaq, o halda virusa qalib gələcəyik”. Geri qayıt |