Əsas Səhifə > Şou-biznes > “Borcum da var, kreditim də, amma bəziləri kimi…”
“Borcum da var, kreditim də, amma bəziləri kimi…”19-03-2021, 11:39 |
“Borcum da var, kreditim də, amma bəziləri kimi əlimə yaylıq götürüb ağlamıram”. Bunu Yenicag.az-a açıqlamasında tanınmış aktrisa, əməkdar artist Mehriban Xanlarova pandemiya zamanı yaşadığı çətinliklərdən danışarkən deyib. Aktrisa hər kəs kimi borcu və krediti olduğunu bildirib: “Müğənni deyiləm ki, deyəm, vay-vay oxumadım, pulsuz qalacam. Borcum da var, kreditim də. Əlinin papağını Vəlinin, Vəlinin də papağını Əlinin başına qoyub, birtəhər vəziyyətdən çıxıram. O bahalı avtomobil sürənlərdir ki, külli miqdarda krediti, borcu var. Mən borcu da öz büdcəmə uyğun götürürəm, uzaqbaşı 150-200 manat. Onu da maaşımla verirəm. Pandemiya dönəmində çətinliklərim də oldu, amma sağ olsunlar, rayon camaatı mənə çox böyük dəstək oldu. Kənd məhsulları-ət, yumurta, toyuq göndərdilər. Hansı ki, vaxtilə mən də onlara həmişə dəstək olmuşdum. Əlbəttə bu dövrdə heç kimə asan olmadı. Bircə bu bəla tezliklə üzərimizdən rədd olub getsin, biz də azad nəfəs alaq”. Aktrisa pandemiyanın ona vurduğu mənəvi ziyandan da danışıb: “Mən səhnə adamıyam, teatrsız çox çətinlik çəkirəm. Səhnə üçün burnumun ucu göynəyir, tezliklə o müqəddəs məkana qayıtmaq arzusu ilə yaşayıram. Səhnəsiz boğuluram”. Geri qayıt |