Əsas Səhifə > Şou-biznes > "Həm yaxşı, həm də pis gündə xalqın yanında olmuşam"

"Həm yaxşı, həm də pis gündə xalqın yanında olmuşam"


20-03-2021, 09:17
"Həm yaxşı, həm də pis gündə xalqın yanında olmuşam"
“Novruz bizim ən müqəddəs və qədim bayramlarımızdan biridir. Süfrəmizdə hər zaman şəkərbura, paxlava, qoğal və s. təamlar olur, biz onları hazırlayırıq. İstər adi günlərdə, istərsə də bayram günlərində bu ruzi bərəkət bizim süfrəmizdədir. Təbii ki, biz bir ildir ki, koronovirus xəstəliyi ilə bağlı olaraq bayram əhval-ruhiyyəsində də deyilik. Bu tərəfdən də bizim şəhidlərimiz, o şəhidlərin gözü yaşlı anaları var. Bu o demək deyil ki, təkcə şəhid analarının gözü yaşlıdır, xeyr, bu şəhid balaları bizim də övladlarımızdır. Biz hamımız birik. Əgər bu gün hər birimiz süfrəmizdə səməni qoyuruqsa o demək deyil ki, biz onlardan fərqli bayram keçirib, şadyanalıq edirik. Bu Novruzun simvoludur. Qoy bu gün biz süfrəmizə səməni də qoyaq, şam da yandıraq, hər nemətdən süfrəmizə düzək, şəhidlərimizin də ruhu şad olsun. Ən çox da dualarımızı edək. Allah bizim şəhidlərimizin ruhunu şad etsin, qazilərimizə can sağlığı versin. Boş süfrəyə də otura bilmərik axı. Bu bizim millətin adət ənənəsidir. Biz şadyanalıq keçirib, çalıb oynamırıq kı. Çoxları buna ayrı don geyindirir, amma bu elə deyil. Mən bu sözləri bir vətəndaş kimi yox, xalqın, elin sənətkarı kimi deyirəm və düşünürəm ki, buna haqqım da var. Çünki həm yaxşı, həm də pis gündə xalqın yanında olmuşam. Şəhidlərimizi tarix unutmayacaq, nəinki bizlər unudaq”

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Mələkxanım Əyyubova deyib. Xalq artisti daha sonra əlavə edib.

“Təbii ki, bu söz-söhbətləri yaranmasına səbəb bəzən elə sənətçilərin instagramdakı paylaşımları olur. Sevinc də bizimdir, kədər də bizimdir, qələbə də. Burada ayrı-seçkilik yoxdur. Gəlin qıcıqlandırıcı addımlar atmayaq.Biz şəhid ailələrini başa düşməliyik” deyə xalq artisti bildirib.

Xalq artisti ötən illərdə Bakıda keçirilən Novruz şənliklərindən də danışıb.

“O vaxt “İrs” folklor ansamblı yaradılmışdı və mən də yeganə solist xanım olaraq Novruz şənliklərində iştirak edirdim. Milli örpəyi, milli geyimi bu ansamblı vasitəsilə səhnəyə mən gətirmişəm. Folklor mahnılarımızla mən gəlmişəm səhnəyə. İrs folklor ansamblı da o vaxt səhnəciklər təşkil edirdi. Novruzun keçirilməsinə görə kütləvi qadağalar olsa da, yenidən Novruz bayramı bərpa olunmuşdu. Hamı sevinirdi, xalqımız yenidən öz milli bayramına qovuşmuşdu. O konserlərdə mən də bahar qızı olmuşam” deyə xanəndə bildirib.

Geri qayıt