Əsas Səhifə > Şou-biznes > Gənc ifaçı nazirə müraciət etdi

Gənc ifaçı nazirə müraciət etdi


9-04-2021, 11:51
Gənc ifaçı nazirə müraciət etdi
"Qərbi Azərbaycandan didərgin salınan soydaşlarımızın qan yaddaşını real tarixçələrlə, sadə dillə insanların yaddaşında yeniləmək istəyirəm. Bu yolda mənə dəstə olunmağını istəyirəm".

Musavat.com bildirir ki, bu sözləri müğənni və aktyor Vüsal Rzasoy sosial şəbəkədə qeyd edib. Gənc sənətçi mədəniyyət nazirliyinə müraciət edərək, bildirib:

Mən Vüsal Vahid oğlu Rzasoy 1986-cı ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunda dünyaya gəlmişəm. Azərbaycan Dövlət Neft Akademiyasınının məzunuyam. Hazırda Bakı Musiqi Akademiyasında vokal üzrə təhsil alıram. 2015-ci ildə Litvada əcnəbilərin birlik konsertində, 2016-cı ildə Litvada “Orta əsrlər” rok-folk musiqi və mədəniyyət festivalında, “Latviya Mədəniyyətlərarası Festival”da iştirak etmişəm.

2017-2019-cu illərdə “Pantomima” teatrında aktyor kimi fəaliyyət göstərmişəm.

2020-ci ildən Azərbaycan tarixi, aşıq ədəbiyyatı, el deyimləri, Azərbaycanın yaşadığı faciələri özündə əks etdirən şeirlərə musiqi yazır, ifa edirəm. Paralel olaraq qopuz, balabanda ifa etməyi öyrəndim. İllərlə məşğul olduğum rok musiqisinə Azərbaycan folklorunu, xüsusilə aşıq yaradıcılığı, bayatılar, xalq dastanlarını sintez edərək ifa edirəm. Məqsədim, Azərbaycanın aşıq ədəbiyyatını, folklorunu gəncliyə, dünyaya fərqli formada çatdırmaqdır. Həmçinin, Azərbaycanın əsrlərlə yaşadığı faciələri, Qərbi Azərbaycandan didərgin salınan soydaşlarımızın qan yaddaşını real tarixçələrlə, sadə dillə insanların yaddaşında yeniləmək istəyirəm. Düşünürəm ki, xalqın həqiqi yaddaşı məhz el deyimləri, qopuz, aşıq ədəbiyyatı ozan dili, ozan musiqisi ilə çatdırılmalıdır".

Sənətçi qeyd edib ki, məqsədini reallaşdırmaq üçün rok qrupun yaradılması, mahnıları yazılması üçün şərait yaradılmalıdır:

"Bu yolda məqsədim, hər hansı maddi gəlir və ya karyera qurmaq deyil. Məqsədim, Azərbaycanı, Azərbaycanın tarixini, faciələrini rok-folklor, ozan dilində müasir formada dünyaya çatdırmaqdır.

Sizdən bu yolda mənə dəstək olacağınıza ümid edirəm".


Geri qayıt