Əsas Səhifə > Şou-biznes > “Kimin necə olması niyə hamını narahat edir ki?”

“Kimin necə olması niyə hamını narahat edir ki?”


10-04-2021, 11:43
“Kimin necə olması niyə hamını narahat edir ki?”
“Hamı qeyri-səmimi insanlardan, yaltaqlardan, ikiüzlülükdən və s. gileylənir. Bu kimi xüsusiyyətləri qınayır. Amma hamı lazımi vaxtda bütün yuxarıda sadaladıqlarımı edir. Səmimi olmaq mümkün deyil, xüsusən də bizim cəmiyyətdə”.

“MediaPost” xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial media hesabında yazıb. İfaçı onu narahat edən davranışlardan söz açıb:

“Biz yalnız uşaq (körpə) vaxtı səmimi olmuşuq - Heç nə anlamayanda. Valideyinlərimiz başqalarının yanında bizə “ayıbdır”, “olmaz” deyənə kimi. Başqa insanların fikrinə dəyər verməyi öyrəndiyimiz gün səmimiyyətimizi itirmişik.

Tək olanda istədiyin kimi oturursan, yemək yeyirsən, yanını qaşıyırsan və s. O ki bir tamaşaçı yanında olan kimi, lap həyat yoldaşın da olsa artıq oturuş, səs tonu, üz mimikası belə dəyişir. Bütün detallara fikir verməyə başlayırsan. Bütün bunları artıq avtomatik olaraq edirsən. Yəni ki, hamımız beləyik.

Əhvalımız olmayanda belə bəzi insanlara məcburən gülümsəyirik, onlarla çox xoş danışırıq. Özünüz yaxşı bilirsiz hansı insanlara qarşı belə edirsiniz - bu səbəbdən xırdalamıram. Di gəl ki, hamımız başqa insanlarda bütün bu xüsusiyyətləri qınayırıq (dərd yarı) hətta qeybət formasında edirik bunu. Filankəs belədi, elədi və s.

Kimin necə olması niyə hamını narahat edir ki? Niyə heç kəs özünü bütün bunlardan azad etmir ki? Biz beyindən azad deyilik. Belə yaşamaq olmaz. Bir az düşünün, dəyişin. Mən çalışıram, dəyişirəm. Özümdə bir çox xüsusiyyətləri öldürmüşəm. Siz də başlayın”.

Geri qayıt