Əsas Səhifə > Şou-biznes > "Evə buraxılmamışam, hələ də xəstəxanadayam"

"Evə buraxılmamışam, hələ də xəstəxanadayam"


15-04-2021, 10:22
"Evə buraxılmamışam, hələ də xəstəxanadayam"
Xalq artisti Niyaməddin Musayev hələ də xəstəxanada olduğunu açıqlayıb.

Bu haqda müğənni aparıcı Mətanət Əliverdiyevanın "6/8 axşam şousu"na telefonla zəng edərək deyib. O bildirib ki, xəstəxana onunla bağlı yalan açıqlama yayıb:

"Hələ də xəstəxanadayam. Evə buraxılmamışam. Yalandır. Məni gah öldürdülər, gah diriltdilər".

Qeyd edək ki, N.Musayev koronavirusa yoluxub. O, Mərkəzi Nefçilər Xəstəxanasına yerləşdirilib.
//Axşam.az//
Geri qayıt