Əsas Səhifə > Şou-biznes > “Çağırardın bir çaya, qulaqburması verərdin”

“Çağırardın bir çaya, qulaqburması verərdin”


20-04-2021, 15:06
“Çağırardın bir çaya, qulaqburması verərdin”
Müğənni Roza Zərgərli həmkarı Rəqsanə İsmayılovanın Rusiyaya toylara gedən müğənnilərin bəzilərini əxlaqsızlıqda ittiham etməsinə münasibət bildirib.

Musavat.com xəbər verir ki, sənətçi "ATV maqazin onlarla" proqramında qonaq olarkən Rəqsanənin bu addımını pisləyib:

"Rəqsanənin dediyində haqq var. Ağıllıdır, havalı deyil. Amma bizimkiləri elə sosiallaşdırıb, basdırmaq lazım deyildi. Onlar da bizimkidir. O qələti edən bizimkidir. Çağırardın bir çaya, kofeyə qulaqburması verərdin. Hamı bilir söhbət kimdən gedir, burada üç nəfər var. Amma etmək lazım deyildi, anadırlar, bacıdırlar. Bir qonaqlıq verərdin, cibinə 200 dollar da qoyub, başa salardın".

Qeyd edək ki, Rəqsanə azərbaycanlı müğənnilərin Rusiyada toylardan sonra qeyri-etik hərəkətlər etdiyini açıqlayıb.

Geri qayıt