Əsas Səhifə > Şou-biznes > "Ona görə xəcalət çəkirəm ki, biri var həmin adam adi insan ola, biri də var ki, yazıçı olsun...”

"Ona görə xəcalət çəkirəm ki, biri var həmin adam adi insan ola, biri də var ki, yazıçı olsun...”


24-04-2021, 09:39
"Ona görə xəcalət çəkirəm ki, biri var həmin adam adi insan ola, biri də var ki, yazıçı olsun...”
“Sözün düzü, bir neçə gündür ki, şok vəziyyətindəyəm. Burada deyiblər ki, uman yerdən küsərlər. Görürəm ki, Hüseynbala Mirələmovu müdafiə edənlər də var. Deyirlər ki, bu montajdır, qurma bir şeydir. Təki montaj olsun. Bu xəbər nəinki təkcə Azərbaycanda, artıq bir çox ölkə mətbuatlarında da manşet olub. Hansı saytı açıramsa xəcalət çəkirəm. Xəcalət çəkirəm ona görə ki, biri var həmin adam adi insan ola, biri də var ki, yazıçı olsun”

Bunu Moderator.az-a açıqlamasında Akademik Milli Dram Teatrının aparıcı aktyoru, Xalq artisti Rafiq Əzimov deyib. Sənətkar daha sonra əlavə edib.

“Bizim ölkəmiz o boyda müharibəyə qalib gəldi, fikirləşirsən ki, işlərimiz günü-gündən daha da yaxşı olacaq, Nizami festivalları, Şuşada Vaqif poeziya günləri keçiriləcək. Deyirəm bəlkə bu işdə də düşmən əli var? Niyə bu bizim ziyalılarımızın başına gəlir? Şəxsən mən, yenə də deyirəm ki, xəcalət çəkirəm. Biri var ki, sən bunu gözünlə görəsən, deyəsən ki, vallah görmüşəm, biri də var ki, texnika inkişaf edib, hər şey ola bilər. Adam bilmir, kimə inansın? Allah etsin ki, yalan olsun. Bu bizim hamımızın adıdır çünki. Bu hər kəsin öz şəxsi işidir, gizlində neynirlərsə bunu aşkara çıxarmaq olmaz. Balaca bir ailədə müəyyən bir hadisə olanda ata-ana çalışır ki, bunu ört-basdır etsin ki, qohum-əqraba bilməsin. Hüseynbala Mirələmovun övladları, nəvələri var, özü də seyid adamdır. Biri var bu onun ailəsində həll olunsun, bir də var artıq kənara çıxıb, bütün dünya oxuyur. O görüntülərin internet portallarında yayılması bizə başucalığı gətirmir axı. Mən də yaşlı nəslin nümayəndəsiyəm. Hələ televiziya efirlərində bu cür görüntü görməmişəm. Bəlkə siz görmüsüz?! Ola da bilməzdi. Təbii ki, eşidirik sənət adamları haqda söz-söhbətlər, amma onlar bunu aşkara çıxarmırlar” deyə xalq artisti bildirib.


Geri qayıt