Əsas Səhifə > Şou-biznes > "Evdə müalicə alırdı, səhər gəlib gördüm ki..."
"Evdə müalicə alırdı, səhər gəlib gördüm ki..."28-04-2021, 08:42 |
“Arif müəllim yavaş-yavaş özünə gəlir, həkimi ilə daim əlaqə saxlayırıq. Bir saat öncə də əlaqə saxladıq, həkim deyir ki, təzyiqi də yaxşıdır, qızdırması da, saturasiya da, oksigeni də normaldır, pis deyil. Bir-iki söz də danışıb. 2 gündür vəziyyəti çox ağır idi, süni nəfəs aparatına qoşulu vəziyyətdə hərəkət etmədən yatırdı. O cür xəstəliyə qalib gəlmək 70 yaşlı insan üçün əlbəttə ki, çətindir. Ən azından yaşamağına ümid var” Bunu Moderator.az-a açıqlamasında Arif Quliyevin gəlini Nəzifə Quliyevə deyib. O daha sonra sənətkar haqda danışmağa başlayıb. “Evdə müalicə alırdı, səhər gəlib gördüm ki, səhhəti yaxşı deyil. Amma inanmırdıq ki, koronovirusa yoluxmuş olsun. Tez sürücüsünü çağırıb, onu xəstəxanaya yerləşdirdik. Hətta yolda əli ilə məni vurdu, dedi ki, maşını evə sürün. Getmək istəmirdi xəstəxanaya. Xəstəxanaya yerləşdirdiyim günün səhəri mənə zəng edib dedi ki, niyə məni bura gətirdin?! Evə gətirsəydik onu yaşada bilməyəcəkdik. Xəstəxanaya girən kimi oksigen aparatını koridorda ona qoşdular. 17 ildir ki, mən Arif müəllimin ailəsinə gəlin gəlmişəm, hələ bir dəfə də olsun ondan inciməmişəm. Onun xətrini çox istəyirəm, Arif müəllimə qaynata yox, ata gözü ilə baxıram. Hər bir şeyi ərklə deyirəm ona. Nə yaxşı ki, bu ailəyə düşmüşəm. Bizim bir arzumuz var ki, Arif müəllim sağalıb, tezliklə ailəsinin yanına qayıtsın. İnanın, evdə heç kimin üzü gülmür, bir neçə gündür ki, yuxularımız da ərşə çəkilib. Yalnız onun yaxşı olması üçün dua edirik” deyə sənətkarın gəlini bildirib. Geri qayıt |