Əsas Səhifə > Şou-biznes > "Yaponyada bir xanım ifamı dinləyəndən sonra ağlayaraq mənə yaxınlaşdı və..."
"Yaponyada bir xanım ifamı dinləyəndən sonra ağlayaraq mənə yaxınlaşdı və..."3-05-2021, 12:01 |
“Muğamı əcnəbilərə sevdirməkdən üçün, onu öyrəndiyimiz kimi yox, yaşadığımız kimi oxuyub təqdim etməliyik. Necə ki, yaşamağı doğuşdan bildiyimiz kimi, bunu da doğuşdan hiss etməliyik. Bunun da adı fitri istedaddır. Dediklərim əksik qalanda səsin və elmin gücünə bunun öhdəsindən gəlmək mümkündür. Amma muğam uçursa, gedirsə, təsir edirsə tam olur deməkdir. O baxımdandır ki, əcnəbilər bizim muğama göz yaşı tökürlər. Biz dünyanın hər yerində eyni təsüratları gördük, şahidi olduq. İnsan qəlbi, hissi bu muğamı eyni baxışla qarşılayır. Muğam insanları bir araya toplayan sehirli bir səs düzümü və ən əsası ötürülə bilən canlı enerjidir. Yaponyada bir xanım ifamı dinləyəndən sonra ağlayaraq mənə yaxınlaşdı və mən çox soyuqqanlı bir insanam, ən son nə vaxt ağladığımı unutmuşdum. Hisslərimi yenidən mənə xatırlatdız deyib bizə təşəkkür etdi". Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Fərqanə Qasımova bildirib. Sənətçi muğamın dünya ölkələrində təbliğat yollarından da danışıb. “Muğamımızı dünyada təmsil etmək üçün konsertlərlə bərabər biz master klasslar da veririk. Bu hər zaman belə olub. Təbii ki, master klaslar təşkil etmək çox çətindir, bu işdə dövlət bizə böyük dəstək göstərir. Bəzən elə olub ki, özləri bizim üçün master klaslar təşkil ediblər. Özlərinə marağlı olub ki, bizim muğamımızı öyrənsinlər, muğamımız haqqında məlumat toplasınlar. Biz də əlimizdən gələn qədər muğamımızı daha da çox sevdirməyə çalışmışıq ki, ora gələn hər bir kəs muğamımızdan özünə pay götürsün. Bu gün muğamımızın inkişafını görürük, o sevinci yaşayırıq. İllər öncə artıq bu özünü təsdiqləyib. Dövlətimiz, Mehriban xanım Əliyeva bu işdə böyük əziyyət çəkirlər. Buna görə də bu sahəyə gənclərin böyük bir axını yaranıb. Muğama kənardan baxan gənclər artıq onun bu gün dünya ölkələrində təbliğatçısına çevriliblər. Cavan nəsil düşünsün ki, sənəti nəsildən-nəsilə ötürmək növbəsi onlara da gəlib çatacaq. Amma onlar bununla kifayətlənməyib, muğamın fəlsəfi, təsir nöqtəsini tapmalıdırlar. Əgər bunu etsələr gələcəkdə Alim Qasımov səviyyəsinə çatmaq imkanını əldə edəcəklər” deyə Fərqanə Qasımova bildirib. Geri qayıt |