Əsas Səhifə > Şou-biznes > "Xalq artisti Naibə Allahverdiyeva canlı şahiddir, biz Ariflə görüşəndən 3 gün sonra..."

"Xalq artisti Naibə Allahverdiyeva canlı şahiddir, biz Ariflə görüşəndən 3 gün sonra..."


13-05-2021, 08:39
"Xalq artisti Naibə Allahverdiyeva canlı şahiddir, biz Ariflə görüşəndən 3 gün sonra..."
“Biz Ariflə bir anadan dünyaya gəlmişik. Mən indi sizə hər şeyi açıqlayacam. Mənim anam Göyçay, atam isə Tovuzdandır. Arifin atası isə Göyçaylı olub. Mənim atam anamı alanda Arif anamın yanında olub. Atamın həyat yoldaşı rəhmətə gedib, anam Arifi də götürüb saxlayıb. Ona görə anamı uşağlı qəbul edib. O vaxtı müharibə vaxtı idi, acınacaqlı idi hər şey. Anamı atam sadəcə olaraq tanış olub alıb, mən anadan olmuşam, anam rəhmətə gedib. Atam isə üstümüzə başqa analıq gətirib”

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Arif Quliyevin bacısı Zərifə Rəhimova bildirib. Sənətkarın bacısı daha sonra əlavə edib.

“Daha sonra Arifi uşaq evinə veriblər, çünki mənim atam Arifin atası deyildi. Arifi uşaq evinə verən qadın indi dünyasını dəyişib. Həmin qadın mənim ögey xalam olub, atamın 1-ci yoldaşından olan qadının bacısı olub. Daha sonra indiki analığım gəlib. Anam xəstə olanda mən əmimlə qalmışam, çox körpə idim. Ona görə də mənim geniş məlumatım yoxdur. Az keçməyib ki, atam da rəhmətə gedib. Mən məktəbə gedəndə məni İcra Hakimiyyətinin əli ilə Gəncədə yerləşən internat məktəbinə veriblər. Lakin o vaxt analığım deyirdi ki, sənin bir qardaşın var idi. Nəinki analığım, qohum-qonşu da deyirdi onu xalan Ballı aparıb uşaq evinə verdi. İnternat məktəbində 6-7-ci sinifdə oxuyanda hiss etdim ki, artıq qardaşımı axtarmalıyam. Dəfələrlə bu haqda “Azərbaycan”, “Azərbaycan müəllimi” qəzetlərinə məlumat vermişdim. Mənə bir cavab verən olmurdu, itirdiyimi tapa bilmirdim. Lakin 1988-ci ildə mənim qızım orta məktəbdə oxuyurdu, o Arif Quliyevə bir məktub yazdı, Arif mənim arxamca maşın yolladı. Xalq artisti Naibə Allahverdiyeva dediklərimin canlı şahididir. Biz görüşdük və 3 gündən sonra Arif bütün heyəti ilə bizə gəldi. Bizdə 3 gün heyvanlar kəsildi, bir-birimizi tapmağımız qeyd olundu. Bütün Gəncə əhalisi bundan xəbər tutdu. Arif sonradan bir şeyə heyfsləndi ki, heyf, mən gərək çəkiliş gətirərdim” deyə Zərifə xanım bildirib.

Sənətkarın bacısı bildirib ki, dəfələrlə onu işıqlandırmaq istəsələr də razılıq verməyib.

“Bir neçə dəfə istədilər ki, televiziyaya məni çıxartsınlar, mən amma istəmədim. Çünki utandım, sabah deyəcəkdilər ki, qardaşının adından istifadə edir. Bizi yaxından tanıyanlar bilir ki, bacı qardaşıq. Xoşqədəm Hidayətqızının efirində mənim Arif Quliyevin bacısı olduğum haqda material yayımlanmışdı. Arif dedi ki, gəl gedək sən özün efirdə danış. Onun övladları şahiddir ki, mən bu təklifi qəbul etmədim. Uşaqlarım da dedi ki, Arif dayı, sən bilirsən, biz bilirik. Reklama nə ehtiyac var? Amma indi açıqlayıram. Arif özü yanımızda deyil, amma onun ailəsi mənimlədir. Mən onlara qucaq açmışam, qardaşımın yadigarlarıdır” deyə sənətkarın bacısı bildirib.


Geri qayıt