Əsas Səhifə > Şou-biznes > "35 ildir sənətdəyəm, oturub gözləməliyəm ki, Mədəniyyət Nazirliyi mənə fəxri ad versin"

"35 ildir sənətdəyəm, oturub gözləməliyəm ki, Mədəniyyət Nazirliyi mənə fəxri ad versin"


13-05-2021, 11:29
"35 ildir sənətdəyəm, oturub gözləməliyəm ki, Mədəniyyət Nazirliyi mənə fəxri ad versin"
"Həyat yoldaşım evdə deyinirdi ki, kişi də saat 12-yə kimi yatar? Durub, məcbur olub izah edirdim ki, kişilik vəzifələrimi yerinə yetirmirəm deyinirsən? Filan şey istəyirsən alıram, nə istəyirsən həll edirəm. Məcburam yatmağa ki, 7-8 saat yatım, səsim işləsin və gedib məclis idarə edim. Bunu da kapriz kimi qəbul edirdilər".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni İlqar Xəyal "10-da görüşək" proqramında deyib. Sənətçi həyat yoldaşı ilə yaşadığı problemlərdən danışıb.

İ.Xəyal fəxri ad almamasından gileylənib:

"35 ildir sənətdəyəm, oturub gözləməliyəm ki, Mədəniyyət Nazirliyi mənə fəxri ad versin. Gedib qapı döyüb, özün etməyəcəm ki... "Qaya" qrupunda çalışan heç kim ad almayıb. Oradakılar Azərbaycanda fəaliyyətlərini davam etdirmədilər. Üç beynəlxalq müsabiqə laureatıyam. Qran-pri qazanmışam. Məni küsdürən fəxri ad almamaq və paralel məsələlərdir. Durub desəm ki, kimsə fəxri ad alıb, mən yox, paxıllıq olar".


Geri qayıt