Əsas Səhifə > Şou-biznes > "Dünya gözəli" müsabiqəsinin qalibi elan edildi

"Dünya gözəli" müsabiqəsinin qalibi elan edildi


17-05-2021, 08:24
"Dünya gözəli" müsabiqəsinin qalibi elan edildi
Meksika təmsilçisi Andrea Meza 2021-ci ilin "Dünya gözəli" müsabiqəsinin qalibi olub.

“Report” xəbər verir ki, bu barədə yarışın instaqramdakı rəsmi səhifəsində elan edilib.

Gözəllik tacını 2019-cu ilin yarışmasının qalibi, CAR-dan olan model Zozibini Tunsi ona təqdim edib. Bundan başqa, müsabiqə liderlərinin beşliyinə Braziliyadan, Hindistandan, Dominikan Respublikasından və Perudan qızlar daxil olublar.

Andrea Meza Meksikanın bu titulu qazanmağa müvəffəq olan üçüncü nümayəndəsidir. Daha əvvəl onun həmvətənləri 1991 və 2010-cu ildə bu mükafatı alıblar.


Geri qayıt