Əsas Səhifə > Şou-biznes > "Onlar yazılan məqalələri haraları ilə oxuyurlar, bilmirəm, deyirlər ki, guya mən..."

"Onlar yazılan məqalələri haraları ilə oxuyurlar, bilmirəm, deyirlər ki, guya mən..."


22-05-2021, 08:32
"Onlar yazılan məqalələri haraları ilə oxuyurlar, bilmirəm, deyirlər ki, guya mən..."
"10 gündür ki, əməliyyatdan çıxmışam, oynaqlarıma kök-hüceyrə tədavisi etdirdim. Yadınızdadırsa keçən il də həmin əməliyyatı etdirmişdim. Hələ də yeriməyimdə məhdudiyyət var, amma özümü yaxşı hiss edirəm. Həkim hələ ki, çox gəzməyimə icazə vermir, amma əməliyyatdan öncə bir neçə verilişə söz verdiyim üçün mütləq getməli idim. Mən söz verdimsə ona əməl edirəm. Bu gün bir kanalda qonaq idim, bir də 15 gündən sonra efirə çıxacam. Çünki sağlamlığım mənim üçün hər şeydən önəmlidir"

Bunu Moderator.az-açıqlamasında tanınmış müğənni Roza Zərgərli bildirib. O daha sonra ünvanına daş atan həmkarlarından danışıb.

"Pandemiya dövrüdür, konsert yox, tədbir yox, kimə söz atsınlar? Axı reklamları azalır. Ona görə də gündəmdə qalmaq naminə mənə söz atırlar. Bir dəfə deyirəm ki, sakit olun, bəsdirin yetər, ikinci dəfə mədəni davranıram, 3-cü dəfə artıq sözümü faktlarla deyirəm. Həmin faktların qarşısında da səslərini kəsmək məcburiyyətində qalırlar" deyə müğənni bildirib.

Roza Zərgərli onu İlhamə Quliyeva ilə müqayisə edənlərdən də danışıb.

"Deyirlər ki, zahirən bir-birinizə oxşayırsız, amma mən heç oxşatmıram, xasiyyətcə deyirlər oxşayırıq, mən yenə də heç oxşatmıram. Çünki bizim heç ortaq xüsusiyyətlərimiz yoxdur. Son zamanlar bizim şou-biznes nümayəndələri sujetlərə necə baxırlar, yazılan məqalələri haraları ilə oxuyurlar, bilmirəm, deyirlər ki, guya mən özüm müqayisə edirəm. Əslində isə biz heç oxşamırıq. Allah ona qəni-qəni rəhmət etsin, mənimlə də heç vaxt bağrı ağ olmayıb. Hər zaman qarşımı kəsib ki, yanımda olmayıb. Mən hər zaman gənclərin yanındayam, heç bir vaxt hansısa gəncin qarşısını kəsməmişəm" deyə müğənni bildirib.




Geri qayıt