Əsas Səhifə > Şou-biznes > "Ərdoğan bizi çox sevir, bütün bunları o göstəriş üçün etmir"

"Ərdoğan bizi çox sevir, bütün bunları o göstəriş üçün etmir"


17-06-2021, 08:26
"Ərdoğan bizi çox sevir, bütün bunları o göstəriş üçün etmir"
"Rəcəb Tayyib Ərdoğanın bu tezliklə Azərbaycana gəlişini alqışlayıram. O, həqiqətən də Azərbaycanı çox sevir. Şuşa üçün nə lazımdırsa edəcək, çünki o böyük ürəyə sahibdir. Hər şey yaxşı olacaq, o söz verdisə tezliklə işə başlayacaq"

Bunu Moderator.az-a açıqlamasında tanınmış diktor, Xalq artisti Ofeliya Sənani deyib. O daha sonra əlavə edib.

"Ərdoğan bizi çox sevir, bütün bunları o göstəriş üçün etmir. O, həqiqətən də bizi çox sevir. Prezidentimizi qardaşı kimi çox istəyir. Əminə Ərdoğan da çox səmimi xanımdır. Prezidentimizin sevinci yerə-göyə sığmırdı, o qədər sevinirdi ki, sevindiyindən rəqs də edirdi. Allah həmişə bizi sevindirsin. Cənab prezidentlə Ərdoğan uçuq bir tarixi binanın qarşısında oturmuşdular. Bu fon təsadüfən seçilməmişdi. Ona görə seçilmişdi ki, bütün dünya ermənilərin vəhşiliklərini görsün. Hara gedirlər evləri, daşları sökürlər. Ay bala, evlərin günahı nədir? Onlar insan deyil, insan nədir xəbərləri yoxdur" deyə Ofeliya Sənani bildirib.

Xalq artisti sonuncu dəfə Şuşada olmasından da danışıb.

"Sonuncu dəfə Şuşada 1988-ci ildə olmuşam. Mürsəl adında bir müxbirimiz var idi, gəldi bizi apardı Şuşaya. Elə bil ki, ürəyinə dammışdı ki, Şuşa ermənilər tərəfindən işğal olunacaq. Deyirdi ki, Valid müəllim, ermənilər Şuşada ev tikirlər. O vaxt oğlum da Moskvada oxuyurdu, yay tətilinə gəlmişdi. Elə hey deyirdi ki, bir də nə vaxt görəcəksiz Şuşanı?! Onunla birlikdə getdik Şuşaya. O gözəlliyə mən məftun oldum, elə gözəl idi ki, Şuşa. Özü gözəl, havası gözəl. Həqiqətən də mən yuxarı qalxdım, dağın döşündən aşağı baxanda görürdüm ki, ermənilər finski evlər tikirlər orada. Təsəvvür edirsiz?! Heç belə başlarını qaldırıb yuxarı da baxmadılar ki, biz onlara niyə baxırıq? Özlərini ev yiyəsi kimi aparırdılar. Mən çox həyəcan keçirdim ki, bunlar niyə belə qudurublar?" deyə Ofeliya Sənani bildirib.

Geri qayıt