Əsas Səhifə > Şou-biznes > "Atamı tüstünün içində çətinliklə tapdım, tüstü onu boğmuşdu, çarəsiz vəziyyətdə qalmışdım"

"Atamı tüstünün içində çətinliklə tapdım, tüstü onu boğmuşdu, çarəsiz vəziyyətdə qalmışdım"


23-06-2021, 08:27
"Atamı tüstünün içində çətinliklə tapdım, tüstü onu boğmuşdu, çarəsiz vəziyyətdə qalmışdım"
Akademik Musiqili Teatrın tanınan aktrisası Gülçöhrə Abdullayevanın başına iş gəlib. O özü bu haqda Moderator.az-a danışıb.

"Anam dünyasını dəyişəndən sonra atamın yanında mən qalıram. Onu tək qoymaq olmaz, həm yaşlı insandır, həm də müəyyən xəstəlikləri var. Bundan da əlavə darıxır, istəyir ki, həyətdə özünə iş tapsın. Teatrdan vaksinasiya məsələsi ilə bağlı mesaj gəlmişdi, heç 2 dəqiqə deyildi ki, başım qarışdı, atam nəzarətsiz qaldı. Mən o mesaja cavab verəndə gördüm ki, həyətdən tüstü çıxır. Fikirləşdim ki, yəqin qonşu nəsə yandırıb. Səhv bilmişəm, atam həyəti təmizləmək üçün quru otlara od vurub. Od-alov bütün hər yanı bürümüşdü, tüstüdən həyətə düşmək mümkün deyildi. Ocağın trayoktoriyası getdikcə daha da artırdı, bütün həyətimizdəki meyvə ağaclarının hamısı yanıb kül oldu. Fikirləşdim ki, yanğınsöndürən çağırana qədər, ona ünvanı jzah edənə qədər alov evi bürüyəcək. Ona görə də qışqıraraq qonşuları köməyə çağırdım. Bir müddət əvvəl xoşbəxtlikdən baçoklara su doldurub qoymuşduq, yanğının söndürülməsində onlardan istifadə etdik. Allah heç kimi çarəsiz qoymasın, tüstü içində atamı tapa bilmirdim, çarəsiz qalmışdım. Suyu evin qabağına tökürdük ki, yanğın evə keçməsin. Alov pəncərəyə kimi qalxmışdı, evə birləşirdi. Pərdələri, setkanı qırıb tulladım, bir də rəhmətə gedən anamla bacımın əşyalarını birinci otaqdan götürüb o biri otağa atdım ki, götürüb qaçırtmaq rahat olsun.Ancaq qışqırırdım ki, kömək edin. Atamı tüstünün içində çətinliklə tapdım, tüstü onu boğmuşdu. Nəhayət ki, birtəhər qonşuların köməyi ilə yanğını söndürdük. Tərslikdən hava da küləkli idi, su tökən kimi yanğın daha da alovlanırdı sanki. Rezin ayaqqabı yanıb ayağıma yapışdı, arxa hissədən saçım da yanmışdı. Təcili yardım gəlib həm mənə, həm də atama ilkin yardım göstərdilər. Yanğından sonra görürəm ki, qaz xətti var, onun altındakı daş yanıb, amma rezin materialdan olan qaz xəttinə bir şey olmayıb. Həqiqətən də Allah saxlayanda saxlayır. Əgər o xətt yansaydı böyük partlayış baş verə bilərdi. Həqiqətən də çox çətin durumdur, Allah heç kəsi belə bir vəziyyətlə üz-üzə qoymasın" deyə aktrisa bildirib.

Qeyd edək ki, yanğın aktrisanın atasının yaşadığı Binə kəndində baş verib.



Geri qayıt