Əsas Səhifə > Şou-biznes > "İndi dövr dəyişib, yaxşı pedaqoqlar var, amma..."
"İndi dövr dəyişib, yaxşı pedaqoqlar var, amma..."25-06-2021, 09:28 |
"Bu sənətdə sevgi, istək, bir də Allahın vergisi mütləqdir. Allah bu vergini hamıya vermir, yaxşı ki, illər öncə mənə bu vergini verdi. 3 yaşından ana-ata sevgisi görməyən bir uşaq idim. Uşaq evində böyüdüm, özü də bacımdan uzaq düşdüm. Bəzən deyirlər ki, çətin həyat, çətin yaşayış. Amma o çətinliyin ən çətinini mən görmüşəm. Böyük sənətkarlar rəqs edəndə oturub baxırdım, onlardan bütün hərəkətlərin incəliklərini öyrənirdim. Böyük sənətkarlar mənə dərs deyirdi, tələbkar idilər. İndi dövr dəyişib, yaxşı pedaqoqlar var, amma tələbələr hər şeyə səthi yanaşırlar" Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Aliyə Ramazanova deyib. O daha sonra əlavə edib. "Bütün rəqsləri sevirdim, amma ən çox sevdiyim "Vağzalı-mirzəyi" rəqsi idi. Hansı toylarımız vağzalısız keçib ki? Mən düz 25 il bu rəqsdə stəkanlarla oynamışam. Dünyanın büyük səhnələrində nümayiş etdirmişəm bu rəqsi. Əminə Dilbazi bu rəqsi repertuarında uzun illər yaşatdı, daha sonra mənə həvalə etdi. Əminə Dilbazi bizim anamız, bacımız həm də müəlliməmiz idi. Onun rəqs sənətinə olan sevgisi bizim üçün böyük nümunədir" deyə sənətkar bildirib. Geri qayıt |