Əsas Səhifə > Şou-biznes > “Mənə bir şey olsa, bunun səbəbkarı Bəxtiyar Hacıyevdir”

“Mənə bir şey olsa, bunun səbəbkarı Bəxtiyar Hacıyevdir”


21-07-2021, 08:52
“Mənə bir şey olsa, bunun səbəbkarı Bəxtiyar Hacıyevdir”
Tanınmış jurnalist Ülviyə Alovlu öz “Facebook” səhifəsində ictimai fəal Bəxtiyar Hacıyevin onun evinə basqın etdiyi barədə post paylaşıb. Azinforum.az həmin yazını təqdim edir:

“Bu statusu burada paylaşmaqda məqsədim,
həyatım üçün təhlükə olduğunu sizə bildirməkdir.
Əgər mənə bir şey olsa, bunun səbəbkarı Bəxtiyar Hacıyevdir.
Çünki bu gün bütün günü onun tərəfdən terrora məruz qalmışam.
Dəfələrlə həyətimizə gəlib, içəri daxil olmağa çalışıb, nalayiq sözlərlə qapımı az qala sındırmaq istəyib.
Bu azmış kimi evimin həndəvərində uca səslə adımı çəkərək məni təhqir və təhdid edib.
Məsələ ilə bağlı artıq polisə müraciət etmişəm, sahə müvəkkilinə ərizə və izahatımı yazıb vermişəm.
Daxili işlər nazirliyindən və əməkdaşlarından bu məsələni ciddi nəzarətə götürməklərini və məni mühafizə etməklərini xahiş edirəm”.

Qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkələrdə bu iki şəxsin bir yerdə çay süfrəsi arxasında fotoları yayılmışdı. Onların arasında qalmaqlın hazırda hansı səbəbdən yarandığı ilə bağlı ətraflı məlumat verilmir. Mövzu ilə bağlı Bəxtiyar Hacıyevin də mövqeyini verməyə hazırıq.
//azinforum.az//

“Mənə bir şey olsa, bunun səbəbkarı Bəxtiyar Hacıyevdir”


Geri qayıt