Əsas Səhifə > Şou-biznes > "Bəzən elə şeylər yaşayırsan ki, bunu mətbuatdan, televiziyadan gizli saxlayırsan..."

"Bəzən elə şeylər yaşayırsan ki, bunu mətbuatdan, televiziyadan gizli saxlayırsan..."


23-04-2022, 08:56
"Bəzən elə şeylər yaşayırsan ki, bunu mətbuatdan, televiziyadan gizli saxlayırsan..."
“Bu gün sosial şəbəkələrin dövranıdır. Bəzən hər hansısa verilişdə qonaq olarkən, əsas mövzudan əlavə, dolayısı yolla sözarası bir başqa mövzudan da danışırıq. Görürəm ki, səhəri gün həmin mövzu sosial şəbəkələrdə manşetə çıxarılıb. Tamaşaçılar da heç müsahibənin içini oxumurlar, başlıqdan tutub gedirlər. Acıq çıxmaq istəyənlər müğənnilərdən yapışır. Oturur telefonun arxasında, kimin əlindən əsəbləşibsə, açır instaqramına girir, hirsini həmin müğənninin səhifəsindən çıxır. Mənim başıma belə bir hadisə gəlməyib, amma nə olsun, sənət yoldaşlarımın başına gəlir də”. DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni İzzət Bağırov deyib. O daha sonra əlavə edib.

“Müğənni bir ev, maşın alıbsa, onu neçə ilə alıb. Bu gün müğənnilərin evləri, maşınları kreditdədir. Bir çoxu pandemiya vaxtında da bunu etiraf etdi. Təbii ki, mənim də kreditlərim olub, amma bu gün yoxdur. Mən hər şeyi sosial şəbəkələrdə paylaşmıram, danışmıram. Mən də xəstəxanaya düşmüşəm, əməliyyat olunmuşam, mənim də əziyyətim olub. İnsan var həm danışır, həm də göstərir. Adicə qoluna bir sistem taxırlar, çəkib paylaşır ki, sistem altındayam. Məni istəməyənləri sevindirmək istəmirəm. Mümkün deyil ki, bir adamı hamı istəsin. Kim olursan ol, mütləq şəkildə səni həm istəyən, həm də istəməyənlər olacaq. Adi baxışdan bilirəm ki, bu insanın mənə qarşı simpatiyası var, ya da yoxdur” deyə müğənni bildirib.

İzzət Bağırov reytinq axtarışında olan verilişlərdən də danışıb.

“Həyatda eniş də var, yoxuş da, qalxmaq da, düşmək də. Yaxşı da yaşaya bilərik, pis də. Nə qədər ömrümüz varsa biz bunu yaşayacağıq. Bəzən elə şeylər yaşayırsan ki, bunu mətbuatdan, televiziyadan gizli saxlayırsan. Aparıcılar dəvət edəndə xahiş edirsən ki, bu haqda bir kəlmə də mənə sual vermə. Mövzunu fırladıb gətirib çıxarır həmin məsələnin üstünə. O da reytinq axtarışındadır. Hər bir insanın şəxsi, içinə daxil problemləri var. Onlara toxunmaq olmaz” deyə sənətçi bildirib.

Geri qayıt