Əsas Səhifə > Şou-biznes > Flora Kərimovadan Bəxtiyar Hacıyevə dəstək:

Flora Kərimovadan Bəxtiyar Hacıyevə dəstək:


25-02-2023, 09:00
Flora Kərimovadan Bəxtiyar Hacıyevə dəstək:
Allah işinə fərəc eləsin, Bəxtiyara qıymasın"

DİA.AZ bildirir ki, bu sözləri fevralın 24-də xalq artisti Flora Kərimova ictimai fəal Bəxtiyar Hacıyevin həbsiylə bağlı Toplum TV-yə açıqlamasında deyib.

Flora Kərimova ictimai fəalın fəaliyyətindən yaxşı məlumatlı olmadığını bildirib, amma onun azadlıqda olmasını arzuladığını qeyd edib:

"Allahdan başqa kim ona kömək edə bilər? Kim söz sahibidir? Mənə ayıb olar nədənsə qorxmaq, çəkinmək. Onsuz da itirəcəyim heç nə yoxdur. Onun fəaliyyətindən elə də məlumatım yoxdur. Niyə ordadır bilmirəm? Amma Allah bilir, o nə dərəcədə suçludur, ya da kimsə onun qarşısında suçludur. Allah qapısını açsın!"

Geri qayıt