Əsas Səhifə > Şou-biznes > Faiq Ağayev Snop Doqu ələ saldı: `Yevlaxa gəl`

Faiq Ağayev Snop Doqu ələ saldı: `Yevlaxa gəl`


21-09-2023, 11:15
Faiq Ağayev Snop Doqu ələ saldı: `Yevlaxa gəl`
Bir neçə gün öncə tanınmış reper Snop Doqun Azərbaycana qarşı hörmətsizlik etməsi barədə xəbər yayılmışdı. Belə ki, o, öz sosial şəbəkə hesabında “Mənim sevimli erməni xalqım. Mən sizi düşünürəm və Ermənistandakı, Artsaxdakı eləcə də dünyanın hər yerindəki bütün erməni xalqına sevgilər göndərirəm. Mən sevgi və sülh gətirirəm, hər kəsə güc diləyirəm. 23 sentyabrda gəlirəm”, yazmışdı.
O, qondarma respublikada “check in” edərək, “Artsax”ı ayrı bir respublika kimi qeyd etmişdi. Ermənistanda vəziyyətin qarışıq olması səbəbi ilə reperin konsertinin ləğv olunması məsələsi gündəmə gəlib.

Xəbərə görə, Azərbaycanın Xalq artisti Faiq Ağayev Snop Doqla bağlı paylaşım edərək, onu zarafatla Yevlaxa dəvət edib.

“Yevlaxa gəl Yevlaxa
Tüstü sal seyrangaha”

İzləyiciləri zarafatla Faiq Ağayevin mahnı qoşmaq məsələsində Rövşən Binəqədiliylə yarışdığını yazıblar. Xalq artisti Binəqədilinin daha operativ olduğunu söyləyib.

Faiq Ağayev Snop Doqu ələ saldı: `Yevlaxa gəl`
//Lent.az//
Geri qayıt