Əsas Səhifə > Şou-biznes > “Həkimlər Azərbaycana gəlməyə qoymurlar”

“Həkimlər Azərbaycana gəlməyə qoymurlar”


26-03-2014, 16:34
“Həkimlər Azərbaycana gəlməyə qoymurlar”
Uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən və Almaniyada müalicə alan teleaparıcı Hacı Nuran “Xəzər”də yayımlanan “Bizim gün” verilişinə telefonla qoşulub.

Axşam.az-ın məlumatına görə, aparıcı deyib ki, səhhəti hələ də yaxşı deyil:

“İl yarımdır Almaniyada müalicə alıram. Həkimlər hələ ki, məni Azərbaycana gəlməyə qoymurlar. Səhhətim yaxşı deyil. Əgər hər şey qaydasında olsa, sentyabrda Bakıya gələ biləcəyəm. Bir neçə gün öncə Almaniyada Novruz bayramı münasibətilə konsert keçirildi. Orada müğənnilərimizlə görüşdüm. Tolik gözəl görüş təşkil etmişdi”.

Geri qayıt