Əsas Səhifə > Şou-biznes > Drakon azadlıqda: İlk açıqlamasını verdi!

Drakon azadlıqda: İlk açıqlamasını verdi!


3-08-2024, 12:55
Drakon azadlıqda: İlk açıqlamasını verdi!
Tanınmış aktyor, ssenarist və rejossir Rza Rzayev az öncə saxlanıldığı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.

Bu barədə Kult.az-a aktyor özü məlumat verib.

O bildirib ki, azadlığa çıxması ilə bağlı məhkəmə qərarı ötən gün verilib, ancaq az öncə icra edilib.

“Bu da bir həyat sınağı oldu. Həbsxana mühitini də görmək və müşahidələr aparmaq qismətimdə varmış. Şükür, hər şey qaydasındadır, səhhətim də yerindədir”, - Rza Rzayev qeyd edib.

Xatırladaq ki, R.Rzayev 2023-cü ilin 18 mayında “xuliqanlıq”da ittiham edilərək 2 il müddətinə həbs edilmişdi.

Geri qayıt