Əsas Səhifə > Şou-biznes > “Heykəltəraş can qoyub, ayıb deyilmi?”

“Heykəltəraş can qoyub, ayıb deyilmi?”


2-10-2024, 06:50
“Heykəltəraş can qoyub, ayıb deyilmi?”

“Babamın heykəli çox gözəldir. Olduqca dinamikdir, heykəldə hayqırtı, çağırış var. Ələsgər dünyasından halı olanlar bilər ki, orada saz niyə o cür dayanıb?! Bunu bilən də, bilməyən də danışır. Əlbəttə ki, çox səhv edirlər. Belə fikirləri bildirmək doğru deyil. Başqa cür də olsaydı deyəcəkdilər ki, bu nədir? Nəyə oxşayır? Bu məsələni sosial şəbəkələrdə müzakirə etmək doğru deyil. Ayıbdır”

Bunu Moderator.az -a açıqlamasında Aşıq Ələsgərin nəticəsi, “Dədə Ələsgər ocağı” İctimai Birliyinin sədri Xətai Ələsgərli deyib.

O daha sonra əlavə edib.

“Heykəl qoyulub, bunu cənab prezidentimiz bəyənib. Başqa söhbət nəyə lazımdır ki? Aşıq Ələsgər nəslinin şəcərəsini daşıyan bir şəxs, “Dədə Ələsgər ocağı” İctimai Birliyinin sədri kimi bu heykəli mən bəyənmişəm. Kim nə deyirsə özü bilər. Buna əlavə don geyindirmək doğru deyil. Çoxu deyir ki, aşıq Ələsgər el ozanıdır, o oturaq formada gərək olaydı. O Göyçədə, Ağkilsə kəndində qəbirüstü abidəsində ola bilər. Burada ayaq üstədir. Ələsgər həmişə yaşlı olmayıb ki.. Onun cavan vaxtı da olub. Heykəltəraş onu göstərib ki, Dədə Ələsgər sanki sazı əlində tutub Allahla təmasa girir. Saz bir anlıq şah məqama qalxıb. Orada düşüncələr var, fəlsəfə var. Ələsgər tək aşıq olmayıb axı. İstəyən deyir ki, heykəl yaxşıdır, istəməyən deyir ki, pisdir. Danışanların 90 faizi gedib heç heykəli görməyiblər. Gedin bir heykəli yaxından görün. Görün orada nələr var. Qaya üzərində orada gözəl bir əsər var. Heykəltəraş bu heykələ can qoyub, 3 ildir işləyir. Ayıb deyilmi ona qarşı bu cür fikirlər irəli sürürlər?” deyə Aşıq Ələsgərin nəticəsi deyib.
Geri qayıt