Əsas Səhifə > Şou-biznes > "Can atdığımız mədəniyyətlər GMO mədəniyyətlərdir..."

"Can atdığımız mədəniyyətlər GMO mədəniyyətlərdir..."


10-10-2024, 08:27
"Can atdığımız mədəniyyətlər GMO mədəniyyətlərdir..."
Hər üç ailədən birində baba ilə nəvənin eyni ad daşıdığı cəmiyyətimizdə atalar-oğullar problemi nəzəri məsələdir.
Praktikada bu problem həllini tapıb: oğul öz övladına atasının adını qoyaraq atasını yenidən dünyada canlandırır, bununla da ona olan bioloji borcunu ödəmiş olur.
Bu üsul gizli olaraq öləri olanı canlı tutma niyyətindən doğur. Eynisi dəyərlər, anlayışlar aləmində də baş verir. Hər bir yeni düşüncəmiz öz borcunu ödəmək üçün özündən əvvəlkini yenidən yaradır.
Beləliklə, mədəniyyətimiz təbii yolla təkrarlanan sabitliyini qoruyub saxlayır.
Qərb mədəniyyətinin genini dəyişən lüteranizm, modernizm kimi hərəkatlar Şərqdə baş verə bilməz. Bunu "oğlum olsun, atamın adını qoyacağam" əhdiylə əlinə tüpürüb yorğanı başına çəkən xalq istəməz.
İnkişaf etmiş bütün xalqlar mədəniyyətinin genini dəyişmiş xalqlardır, can atdığımız mədəniyyətlər GMO mədəniyyətlərdir.

Aqşin YENİSEY - dia-az.site

Geri qayıt